Karantin rejiminin tələblərinə
ciddi əməl edilməlidir
Martın 11-dən pandemiya elan edilən koronavirus -
COVID-19 planetin hər yerində tüğyan etməkdə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının
səlahiyyətli nümayəndələri
isə qarşıdakı
dövrdə vəziyyətin
daha da pisləşəcəyinə
dair açıqlamalar
verir, ölkələri
təhlükənin qarşısını
almaq üçün
daha effektiv mübarizə yolları axtarmağa çağırır.
Yoluxma sayı ilə bağlı statistika isə hər ötən gün artaraq sürətlə 50
milyona yaxınlaşır.
Son günlər ölkəmizdə
də koronavirusa yoluxma halları ilə bağlı kəskin artım müşahidə olunmaqdadır. Artıq gündəlik
yoluxma sayı
900-ü keçir.
Təbii ki, yumşaldılmalardan sonra yoluxmanın artmasının müşahidə
olunacağı gözlənilən
idi, amma əsas səbəb qaydalara ciddi riayət edilməməsi kimi faktorlardan qaynaqlanır. Eyni zamanda bu da reallıqdır ki, son bir ayda
hər kəsin diqqəti, fikri ön cəbhəyə, Azərbaycanın haqq savaşına yönəldiyi
üçün koronavirus
adlı təhlükə
sanki yaddan çıxdı. Ön cəbhədə
ordumuzun uğurlu əməliyyatları və
qələbələri arxa
cəbhədəki düşmənin
aktuallığını itirdi.
Vətəndaşlarda virusa
laqeydliyin yaranması,
xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət olunmaması, maskadan istifadənin azalması, məsafə saxlanmaması
çətinliklə əldə
olunmuş müsbət
dinamikanın yenidən
itirilməsinə və
xəstəliyin sürətlə
yayılmasına rəvac
verdi.
Virusun yayılmasına şərait
yaratmayaq
Buna görə də
oktyabrın 24-dən Nazirlər
Kabineti yanında Operativ Qərargah tərəfindən karantin
qaydaları yenidən
sərtləşdirilib.
COVID-19 virusunun yayılma
sürətinin azaldılması,
eləcə də onun törədə biləcəyi fəsadların
minimuma endirilməsi məqsədilə operativ
və xüsusi təyinatlı nəqliyyat
vasitələrinin, eləcə
də yükdaşıyan
avtomobillərin hərəkəti
istisna olmaqla bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılıb. Eyni zamanda,
həftəsonları ictimai
nəqliyyatın hərəkəti
də dayandırılıb.
Qurum vətəndaşları
COVID-19 virusu ilə mübarizə sahəsində
mövcud karantin tələblərinə riayət
etməyə, eləcə
də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən
istifadə etməyə,
ictimai yerlərdə kənar şəxslərlə
minimum ünsiyyətdə olmağa
çağırıb.
Səhiyyə Nazirliyinin Baş
infeksionisti Təyyar Eyvazov xəbərdarlıq
edib ki, yoluxma artarsa, daha ciddi tədbirlər
görülə bilər:
"Bir neçə
ay əvvəllə müqayisədə
koronavirusa yoluxanların
sayında ciddi artım müşahidə
edilir. Havanın temperaturunun dəyişkən
olması, nisbətən
soyuq hava şəraiti ilə bağlı insanların qapalı məkanlara toplaşması, məkanlarda
pəncərələrin qapalı
saxlanması və digər səbəblər
virusun yayılmasını
sürətləndirir. Yoluxma sürəti belə davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə
bilər”.
Təyyar Eyvazovun sözlərinə
görə, COVID-19-a yoluxanların
sayının dəfələrlə
artması ordumuza da sirayət edə bilər. Belə olacağı
təqdirdə ordumuz bir deyil, iki
düşmənlə mübarizə
aparmaq məcburiyyətində
qalacaq. Hər kəs cəbhədəki
hərbçilərimizin sağlamlığını
düşünərək bu məsələdə diqqətli olmalıdır.
T.
Eyvazov əlavə edib ki, bu infeksiyaya qalib gəlmək
üçün hər kəsin əməl edə biləcəyi
qaydalar var və onlara əməl edilərsə, yoluxma
sayı minimuma enər.
İnfeksiyanın
yayılmasında uşaqlar da ciddi rol oynayırlar
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev söyləyib ki, bəzi hallarda insanların məsafə saxladığına görə tibbi maska taxmaması, eləcə də maska taxdığına görə məsafə saxlamaması düzgün yanaşma deyil: "Hər kəs bilməlidir ki, tətbiq olunan qaydaların hamısına tam əməl edilməlidir. Tibbi maskadan istifadə, məsafə saxlanılması, gündəlik canlı təmasların mümkün qədər minimuma endirilməsi, qapalı otaq şəraitində iştiraklardan maksimum imtina edilməsi mütləq riayət olunmalı qaydalardır. Hətta açıq havada da olsa belə bir yerə toplaşmaq, cəmləşmək yoluxmalara səbəb olur”.
Azərbaycanlı alim vurğulayıb ki, valideynlər özləri ilə yanaşı, uşaqlarını da virusdan qorumalıdırlar. Virusun yayılmasında böyüklərlə yanaşı, uşaqlar da ciddi rol oynayırlar. Bununla yanaşı, yaşından asılı olmayaraq, hər bir şəxsin əllərini təmiz saxlaması çox önəmlidir. Çünki virus 15 faizə qədər səthi təmaslardan yayıla bilir.
Əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet vəzifədir və qəbul edilən bütün qərarlar da məhz buna hesablanıb. Vətəndaşlar isə qoyulan qaydalara məsuliyyətlə əməl edərək görülən tədbirlərin effektivliyini təmin etməlidir. Bununla həm də ordumuza ən böyük dəstəyimizi vermiş oluruq. Virusun geniş yayılmaması üçün üzərimizə düşən məsuliyyəti unutmamalı, xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenanı gözləməliyik.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 27 oktyabr.- S.10.