Azərbaycan döyüş
meydanında Ermənistanı diz çökdürür
Sülhə nail
olmaq istəyənlər İlham
Əliyevin şərtlərini mütləq nəzərə
almalıdırlar
Vətən müharibəsinin bir ayı tamam oldu. Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti
hərbi təxribata cavab olaraq Azərbaycan
Ordusunun başlatdığı
əks-hücum əməliyyatlarının
nəticəsində 30 gün
ərzində işğal
altındakı torpaqlarımızın
bir qismi azad edildi. Ermənistanın 30 ilə
yaxındır ki, işğal altında saxladığı torpaqlarımızın
əhəmiyyətli bir
hissəsində cəmi
30 gün ərzində
işğala son qoyulması
Azərbaycan Ordusunun qüdrətini və rəşadətini bütün
dünyaya nümayiş
etdirdi.
Hər gün cəbhədən yaxşı xəbərlər
gəlir
Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən
birlik komandirlərinin
iştirakı ilə
keçirdiyi operativ müşavirədə ötən
müddətdə ordumuzun
keçirdiyi hərbi
əməliyyatlarla bağlı
vəziyyəti ətraflı
təhlil etdi. Dövlət başçısı
işğal olunmuş
torpaqlarımızın bir
hissəsinin bu müddət ərzində
işğalçılardan azad olunduğunu bəyan edərək dedi: "Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət
ərzində ölkəmiz
döyüş meydanında
böyük uğurlar
əldə edib.
Hər gün cəbhədən yaxşı xəbərlər
gəlir. Gün ərzində
müntəzəm olaraq
mənə döyüş
bölgələrində aparılan
əməliyyatlar haqqında
məlumat verilir və mənim tərəfimdən müvafiq
göstərişlər verilir.
Demək
olar ki, hər saat müxtəlif
bölgələrdə baş
verən hadisələrlə
bağlı məlumat
daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar.
Hər gün operativ müşavirələr keçirilir.
Bir sözlə, vəziyyət
tam nəzarət altındadır.
İşğal olunmuş torpaqlarımızın
bir hissəsi bu müddət ərzində işğalçılardan
azad edilibdir, 100-dən
çox yaşayış
məntəqəsi - şəhərlər,
kəndlər işğalçılardan
azad edilibdir. Azad edilmiş şəhər
və kəndlərimizdə
artıq Azərbaycan bayrağı ucaldılıbdır”.
Beləliklə, qısa müddətdə
Azərbaycan işğal
olunmuş ərazilərinin
bir hissəsində öz hüquqlarını
və BMT-nin
1993-cü ildə qəbul
olunmuş 4 qətnaməsinin
tələblərini təmin
etdi. Həmin qətnamələrdə Ermənistandan işğal
olunmuş Azərbaycan
ərazilərini dərhal
boşaltması tələb
olunsa da, işğalçı dövlət
30 ilə yaxın müddətdə onu yerinə yetirməyib.
Əlbəttə, Ermənistan kimi dövlətin bu tələbi yerinə yetirməməsi onun öz iradəsindən asılı olmayan məsələdir. İndiyə kimi heç
vaxt Ermənistana beynəlxalq səviyyədə
təzyiq göstərməyib,
ondan BMT-nin qətnamələrini yerinə
yetirməsi tələb
olunmayıb. ATƏT-in
Minsk qrupu yaradıldığı
28 ildə yalnız ikili standartlardan çıxış edib,
öz fəaliyyəti
ilə əslində
status-kvonu dəyişməz
saxlayıb.
Azərbaycan döyüş meydanında
olduğu kimi, siyasi müstəvidə də qələbə qazanır
Ötən bir ayda Azərbaycan
beynəlxalq hüquqa
istinad edərək
status-kvonu dəyişdi
və sübut etdi ki, işğalçını
ən qısa müddətdə torpaqlarından
qovmağa qadirdir. Bu dövrdə də Azərbaycan beynəlxalq ictimaiyyətin təzyiqləri
ilə üzləşdi.
Ayrı-ayrı dövlətlər Ermənistanı xilas etmək üçün dəridən-qabıqdan çıxdılar.
Ermənistanın işğalçı
siyasətinə göz
yuman və
öz laqeydlikləri ilə bu işğala
rəvac verən ayrı-ayrı beynəlxalq
təşkilatlar və
dövlətlər Azərbaycanın
uğurlu hərbi əməliyyatları başlayandan
bəri atəşin dayandırılması, problemin
danışıqlar masası
ətrafında həlli
üçün canfəşanlıq
etdilər. Lakin Prezident İlham
Əliyev bütün
bu təzyiqlərə
mətinliklə, qətiyyətlə
sinə gərdi, Azərbaycanın haqq işinin qarşısını
heç bir qüvvə ala bilmədi.
Humanitar atəşkəs razılaşmalarını
da Ermənistan pozdu və buna
görə hər dəfə layiqli cəzasını aldı.
Bir neçə
gün əvvəl
BMT Təhlükəsizlik Şurası
(TŞ) səviyyəsində Azərbaycana növbəti
təzyiqə cəhd
edilib. Belə ki, TŞ-nin
Ermənistanın Azərbaycana
təcavüzü ilə
əlaqədar keçirilmiş
qapalı iclasından
sonra ATƏT-in Minsk qrupunun
həmsədr ölkələri
tərəfindən bəyanat
layihəsi hazırlanıb
və razılaşdırılması
üçün üzv
ölkələr arasında
yayılıb. Lakin layihədə
TŞ-nin 1993-cü ildə
qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın
işğal edilmiş
ərazilərindən çıxarılmasını
tələb edən
822, 853, 874 və 884 saylı
qətnamələrinə istinad
edilməyib. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv
olan dövlətlər
bu qətnamələrə
istinadın yer almasını təkid ediblər. Bundan sonra layihənin
müəllifi olan həmsədr ölkələr
onu geri götürməyə məcbur
olublar. Beləliklə, İlham Əliyevin
Qoşulmama Hərəkatı
çərçivəsində həyata keçirdiyi uzaqgörən siyasi fəaliyyətinin nəticəsi
olaraq ermənipərəst
dairələrin Azərbaycana
təzyiqlərinin beynəlxalq
hüquqi qüvvəyə
minməsinin qarşısı
alınıb. "Bir sözlə, bu siyasi addım
iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim
növbəti siyasi qələbəmizdir. Necə ki,
döyüş meydanında
biz qələbə qazanırıq,
siyasi müstəvidə
də qələbə
qazanırıq. Düşməni necə ki, döyüş
meydanından qovuruq, düşmənin havadarlarının
təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil,
beynəlxalq birlik tərəfindən ərazi
bütövlüyümüz tanınır, biz beynəlxalq
hüquq normaları çərçivəsində fəaliyyət göstəririk”
- deyə Prezident İlham Əliyev müşavirədə bildirdi.
Növbəti 17 kənd və
1 şəhər işğaldan
azad edildi
Oktyabrın 25-də Prezident İlham
Əliyev özünün
rəsmi "Twitter” səhifəsində
şanlı ordumuzun Zəngilan, Cəbrayıl,
Qubadlı rayonlarının
bir neçə kəndini və Qubadlı şəhərini
işğalçılardan azad etdiyini xalqa
çatdırdı. Oktyabrın
26-da xalqa müraciətində
isə dövlət başçısı Zəngilanın
Birinci Alıbəyli,
İkinci Alıbəyli,
Rabənd, Yenikənd,
Cəbrayılın Qovşudlu,
Sofulu, Dağmaşanlı,
Kürdlər, Hovuslu,
Çələbilər və
Qubadlının Padar,
Əfəndilər, Yusifbəyli,
Çaytumas, Xanlıq,
Sarıyataq və Mollabürhan kəndlərinin
işğaldan azad olunduğunu bəyan etdi.
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi "Instagram” səhifəsində paylaşım edib. "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”, - deyə Mehriban Əliyeva yazıb.
Beləliklə, azad olunmuş şəhər və kəndlərimizin sırasına daha 18-i əlavə olundu. Sentyabrın 27-dən indiyədək 173 yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut, Mincivan və Ağbənd qəsəbələri işğaldan azad edilib. 166 kənd isə Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər və Qubadlı rayonlarını əhatə edir.
Prezident İlham Əliyev xalqa müraciətində bir daha bəyan etdi ki, Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır, Ermənistanın torpaqlarına girmir: "Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər”.
Azərbaycan bu gün öz haqqını ləyaqətlə təmin edir, özünün şərəfli tarixini yazır. Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb. Azərbaycanın uğurları fonunda isə ayrı-ayrı dövlətlərin ermənipərəstliyi daha aydın görünür. Lakin artıq vəziyyət dəyişib, status-kvo dəyişib, təmas xətti yoxdur. Azərbaycan Ordusunun qarşısında Ermənistanın duruş gətirməsi mümkün deyil. Ona görə sülhə nail olmaq istəyənlər Azərbaycanın şərtlərini mütləq nəzərə almalıdırlar.
R.CƏFƏRLİ
Azərbaycan.-2020.- 28 oktyabr.- S.1;3.