Vladimir Putin: Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz

 

Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında bildirib.

Biz bir çox illər ərzində vəziyyəti uzun tarixi perspektiv üçün sabitləşdirmək məqsədilə bu böhranın həlli üçün müxtəlif variantlar təklif etmişik. İnanın, bu, gərgin idi. Hansısa məqamlarda elə gəlirdi ki, daha bir az, daha bir addım və biz həll yolunu tapacağıq. Təəssüf ki, bu, baş vermədi və bu gün biz ən pis formada olan bir qarşıdurma ilə üz-üzəyik. Faciə də ondan ibarətdir ki, insanlar həlak olur”, - deyə Prezident qeyd edib.

Putin bildirib ki, hər iki ölkənin xarici işlər nazirləri növbəti dəfə Moskvaya gəlmişdilər. Ayın 23-də onlar Vaşinqtonda görüşürlər. “Mən çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə fəaliyyət göstərəcək, nizamlanmaya kömək edəcəklər. Ən yaxşısına ümid edək”, - deyə o əlavə edib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Qarabağdakı vəziyyət üçün xüsusi məsuliyyət hiss edir, münaqişənin hər iki tərəfi üçün məqbul kompromislər tapmaq lazımdır.

 

Azərbaycan.- 2020.- 23 oktyabr.- S.7.