Düşmənin Siyəzənə atdığı ballistik raket dənizə düşüb
Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib və cəbhə zonasından xeyli aralıda yerləşən Siyəzən rayonuna da "Skad” ballistik taktiki raket atıb. Raket Xəzər dənizinə düşüb.
Böyük
dağıdıcı gücə malik olan bu raketin
yaşayış məntəqəsinə hədəflənməsi
düşmənin əsl niyyətini göstərir.
Azərbaycan.-
2020.- 23 oktyabr.- S.7.