Prezidentin köməkçisi:
Azərbaycan Silahlı Qüvvələri düşmənə
döyüş meydanında layiqli cavab verir
və bundan sonra da verəcək
Ermənistan
tərəfi döyüş bölgəsində qalan hərbçilərinin
cəsədlərinə sahib çıxmaqdan imtina edir.AZƏRTAC
xəbər verir ki, bunu Prezidentin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın
27-də keçirilən brifinqdə deyib.
Prezidentin
köməkçisi bildirib ki, Azərbaycan birtərəfli
qaydada cəsədlərin qaytarılmasına razılıq
verdiyi halda, Ermənistan tərəfi buna razılıq verməyib.
Hikmət
Hacıyev vurğulayıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan
mülki insanlara atəş açmır. Ermənistan
silahlı qüvvələrinin mülki əhalini hədəf
seçməsi cinayət əməlidir. Azərbaycan
Silahlı Qüvvələri düşmənə
döyüş meydanında layiqli cavab verir və bundan sonra
da verəcək.
Prezidentin
köməkçisi, həmçinin bildirib ki, Ermənistan sərhəd
zonalarında da təxribatlara əl atır. Sərhədin əks
istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin
mövqelərinə hücumlar həyata keçirilir. Bu da Azərbaycan
Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə
tədbirləri həyata keçirsin. Ermənistan Azərbaycanın
sərhədlərinə hörmət etməlidir.
Azərbaycan.-2020.- 28 oktyabr.- S.5.