Anar Eyvazov: “Ermənistan silahlı qüvvələrinin bölmələri humanitar atəşkəs rejimini dəfələrlə kobud şəkildə pozub

 

Ötən müddət ərzində humanitar atəşkəs rejimini dəfələrlə kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini, o cümlədən Zəngilan rayonunun Ağbənd kəndi istiqamətindəki ərazilərimizi müxtəlif silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 27-də Hərbi İnformasiya Mərkəzində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə deyib. Anar Eyvazov qeyd edib ki, vəziyyəti daha da gərginləşdirmək istəyən düşmən yaylım atəşli reaktiv sistemlərdən artilleriya qurğularından istifadə etməklə cəbhəboyu bölgəyə yaxın bir sıra yaşayış məntəqələrimizə atəş zərbələri endirib. Cəbhənin Xocavənd, Füzuli Qubadlı istiqamətlərində hücum etməyə cəhd edən düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Keçirilən adekvat tədbirlər nəticəsində düşmən diviziyalarından birinin qərargah rəisi daxil olmaqla xeyli sayda canlı qüvvəsi, bir tankı, dörd artilleriya qurğusu, “Osatipli zenit raket kompleksi, “Qradtipli yaylım atəşli reaktiv sistemi, radiolokasiya stansiyası altı avtomobil texnikası diviziyasının əsas komanda məntəqəsi bölmələrimiz tərəfindən məhv edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, Ermənistan ərazisini guya pilotsuz uçuş aparatı raket-artilleriya sistemlərindən atəşə tutmağımız barədə düşmənin yaydığı məlumat növbəti dezinformasiyadır. Yeni humanitar atəşkəs rejiminə tam riayət edən bölmələrimiz bütün cəbhəboyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

Ermənistan cəbhənin müxtəlif istiqamətləri, xüsusilə bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə hesablanmış təxribatçı hərəkətlərinə son qoymalıdır. Ermənistan rəhbərliyi dərk etməli hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri artıq münaqişə bölgəsi deyil Azərbaycanın tamhüquqlu suveren ərazilərini müəyyən edən, beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir. Bu baxımdan bir daha bəyan edirik ki, Azərbaycan öz ərazilərinə təhdid edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir”, - deyə Anar Eyvazov vurğulayıb.

 

Azərbaycan.-2020.- 28 oktyabr.- S.5.