Ermənistan ərazisində sərhəd
zastavasının vurulması barədə yayılan məlumat
yalandır və təxribat xarakteri
daşıyır
Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya sistemlərindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə
tam riayət edir.
Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan
tərəfi Zəngilan
rayonunun Ağbənd kəndi istiqamətində
ərazilərimizi minaatanlardan
intensiv atəşə
tutur.
Azərbaycan.-2020.-
28 oktyabr.- S.5.