Ermənistan ordusunun
dinc əhalini hədəfə alması nəticəsində
Bərdə rayonunda həlak olan mülki şəxslərin
sayı dördə çatıb
Ermənistan silahlı qüvvələrinin saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.
Baş
Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki,
hadisə nəticəsində xəsarət alan şəxslərdən
İsmayılov Ehtiram Xəlil oğlu da həlak olub. Bununla da həlak
olanların sayı dördə çatıb. Baş Prokurorluğun
hadisə ilə bağlı ilk
açıqlamasında düşmənin ağır artilleriya atəşi nəticəsində üç nəfərin - Cəfərova Ofeliya Məcid qızının, Əhmədova
Aybəniz Əşrəf qızının və 2013-cü il təvəllüdlü İsgəndərova
Aysu Rövşən qızının
həlak olduğu, 7 nəfərin isə
xəsarət aldığı bildirilmişdi.
Hazırda prokurorluq əməkdaşları
tərəfindən mövcud şəraitdə
mümkün olan bütün istintaq tədbirləri
həyata keçirilməklə zərərçəkmiş
şəxslərin siyahısının dəqiqləşdirilməsi
üzrə işlər aparılır.
Azərbaycan.-2020.- 28 oktyabr.- S.7.