İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi: Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasdır və yüksək dəyərə malikdir

 

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Süleymanpur Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müaviniicra katibi Əli Əhmədova məktub ünvanlayıb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən bildirilib.

Məktubda deyilir: Bu yaxınlarda atəşkəs razılaşmasının pozulması və Dağlıq Qarabağ bölgəsində gərginliyin artmasının regional sülh və sabitliyə ciddi təhlükə törətməsi ilə əlaqədar dərin narahatlığımı bölüşmək istəyirəm. Həmçinin, Azərbaycan Respublikasının hökumətinə, azərbaycanlı bacı və qardaşlarımıza, xüsusən də öz vətənini və xalqını müdafiə yolunda həyatlarını qurban verən qəhrəman əsgərlərin, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı ifadə edirəm. Eləcə də Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən Gəncə şəhərinin günahsız mülki əhalisinə qarşı son hücumlarla beynəlxalq humanitar hüququn pozulmasından dərin narahatlığımı bildirirəm.

Regional iqtisadi təşkilat olaraqözünün Azərbaycan Respublikası kimi ən vacib üzvlərindən biri olan İqtisadi Əməkdaşlıq Təşkilatı dayanıqlı sosial-iqtisadi hədəflərə çatmaq naminə regionda sülhsabitliyin əhəmiyyətini tam dərk edir. Bu məqsədlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasdır və yüksək dəyərə malikdir.

Fürsətdən istifadə edərək, vəziyyətin deeskalasiyası üçün dərhal və davamlı atəşkəsin razılaşdırılması istiqamətində beynəlxalq səylərə və münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həllinə dəstəyimizi bir daha təkrarlayıram”.

 

Azərbaycan.- 2020.-24 oktyabr.- S.3.