Prezident İlham Əliyev: “Bərdə sakinlərinin
qisası yerdə qalmayacaq”
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Erməni silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı rəsmi “Twitter” hesabında paylaşım edib.
Paylaşımda
deyilir: “Erməni silahlı qüvvələrinin raketlərlə
hücumu nəticəsində Bərdədə həlak olanlara
Allahdan rəhmət diləyir, ailələrinə
başsağlığı verir, yaralıların şəfa
tapmasını diləyirəm.
Bərdə
sakinlərinin qisası yerdə qalmayacaq və
döyüş meydanında işğalçılara layiqli
cavab veriləcək”.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.1.