Quram Marxuliya: Azərbaycan-Gürcüstan
münasibətləri nümunəvi xarakter
daşıyır
Gürcüstan və Azərbaycan bənzərsiz münasibətlərə malikdirlər və bu münasibətlər strateji xarakter daşıyır. Ölkələrimiz arasındakı əlaqələrin daim yüksək səviyyədə olması Gürcüstanın və Azərbaycanın liderlərinin xarici siyasətində prioritetdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq Quram Marxuliya söyləyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlıq yalnız siyasi deyil, həm də iki ölkə arasında qarşılıqlı faydalı təmasların əsas katalizatoru olan iqtisadi sahə ilə bağlıdır. Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafı Türkiyəni də əhatə edir və bizim bütöv üçlüyümüz var. Hər üç ölkə Azərbaycandan neft və təbii qazın dünya bazarlarına çıxarılması üçün nəqliyyat- kommunikasiya xətlərinin yaradılması sahəsində səmərəli əməkdaşlıq edir.
G.Marxuliya deyib ki, bölgədəki geostrateji tərəfdaşlıq Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin keyfiyyətini dəyişdirməyə imkan yaradır.
Onun
sözlərinə görə, tərəflər arasında daha dərin qarşılıqlı əlaqə
üçün formatlar
axtarılır. Bugünkü siyasi reallıq Cənubi Qafqazın təhlükəsizliyi
üçün yeni
addımlar atmağa imkan
verir. Nəticədə iki ölkə arasındakı münasibətlər
daha da inkişaf
edəcək. “İnanıram və əminliklə söyləyə
bilərəm ki, Azərbaycan-Gürcüstan
münasibətləri bütün dünya üçün
nümunədir”, – deyə Q.Marxuliya
vurğulayıb.
Azərbaycan.- 2020.-24 oktyabr.- S.4.