Fövqəladə Hallar Nazirliyinin rəhbər
heyəti hazırda Bərdə rayonundadır
Xəbər verildiyi kimi, oktyabrın 28-də Bərdə şəhəri
növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən
raket zərbələrinə məruz
qalıb. Hazırkı vəziyyətə görə, nəticədə
21 nəfər həlak olub, 70-ə
yaxın insan yaralanıb, bir
neçə mülki obyekt
dağılıb, çoxsaylı avtomobil
yararsız vəziyyətə düşüb.
Fövqəladə
Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə
bağlı hazırda Fövqəladə Hallar nazirinin
müavinləri tibb xidməti general-leytenantı Faiq
Tağı-zadə, general-leytenant Etibar Mirzəyev və Orucəli
Hacıyev Bərdə rayonundadırlar.
Nazir
müavinləri raket zərbələrinin hədəfinə
gəldiyi obyektlərə baxış keçirib, vətəndaşlarla
görüşüb, yaralılara baş çəkiblər.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.6.