Mülki əhali
arasında xidmət aparan FHN-in
bir əməkdaşı raket
atəşi nəticəsində həlak olub,
biri isə ağır yaralanıb
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, oktyabrın 28-də Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.
Mülki əhali arasında xidmət aparan FHN-in bir əməkdaşı raket atəşi nəticəsində həlak olub, bir əməkdaşı isə ağır yaralanıb.
Qeyd edək ki,
Fövqəladə Hallar Nazirliyi
hazırda gücləndirilmiş iş
rejimində fəaliyyət göstərir. Baş
verən hər hansı fövqəladə hadisə ilə əlaqədar
nazirliyin 112 - “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi
xahiş olunur.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.6.