Operativ Qərargah:
“Karantin qaydaları yenidən sərtləşdirilir”
Operativ Qərargah:
Karantin qaydaları yenidən sərtləşdirilir
Hazırda dünya ölkələri
üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə
olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına əsasən,
bu günədək dünyada 42 milyondan çox şəxs
COVID-19 infeksiyasına yoluxmuş,
1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən
məlumata görə,
son həftələrdə bir çox ölkələrdə, ö cümlədən
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək
yoluxma halları qeydə alındığından
karantin qaydaları yenidən sərtləşdirilir.
Ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin
təhlilinə əsasən,
son günlər Ağstafa,
Biləsuvar, Xaçmaz,
İsmayıllı, Qax,
Zaqatala rayonları və Mingəçevir şəhərində yüksək
yoluxma faktları aşkar olunub.
COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə
də onun törədə biləcəyi
fəsadların minimuma
endirilməsi məqsədilə
2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ
və xüsusi təyinatlı nəqliyyat
vasitələrinin, eləcə
də yükdaşıyan
avtomobillərin hərəkəti
istisna olmaqla giriş-çıxış dayandırılır.
Eyni zamanda Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı,
Qax və Zaqatala rayonlarında aşağıdakı tarixlərdə
ictimai nəqliyyatın
hərəkəti dayandırılır:
-24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək
-31 oktyabr saat 00-dan 2 noyabr saat 06:00-dək
Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində
mövcud karantin tələblərinə riayət
etməyə, eləcə
də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən
istifadə etməyə,
ictimai yerlərdə kənar şəxslərlə
minimum kontaktda olmağa
çağırırıq.
Azərbaycan.- 2020.- 24 oktyabr.- S.5.