14 tank, 5 PDM, 8 minaatan, 5 hərbi təyinatlı avtomobil...
Bir gün ərzində Ordumuz düşmənin onlarca hərbi texnikasını dəqiq atəşlə məhv edib və qənimət götürüb
Müzəffər Azərbaycan Ordusunun Qarabağdakı zəfər
yürüşü davam
edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə ordumuz yeni tarix yazır.
Hər gün savaş meydanından xoş xəbərlər gəlir.
Əsgər və zabitlərimiz
döyüş tapşırıqlarını
şərəflə yerinə
yetirirlər.
İgid hərbçilərimiz uğurlu
əməliyyatlar keçirərək,
bir-birinin ardınca şəhərləri və
digər yaşayış
məntəqələrini işğaldan
azad edir, strateji yüksəklikləri
tuturlar. Düşmən Azərbaycan əsgərinin
əzmi qarşısında
duruş gətirə
bilməyərək silahını
atıb qaçır.
Hər gün düşmənə
məxsus çoxsaylı
zirehli texnikalar məhv edilir və qənimət kimi götürülür.
Düşmən təlaşda
- ərzaq çatışmır,
yanacaq, döyüş
sursatı bitir
Cəbhənin müxtəlif
istiqamətlərində ağır
zərbələr alan Ermənistan silahlı qüvvələrinin
şəxsi heyəti
döyüşlərdə iştirakdan imtina edir. Müdafiə Nazirliyinin məlumatına
əsasən, düşmənin
543-cü alayının ehtiyat
bölmələrinin hərbi
qulluqçularının Dağlıq
Qarabağa getməkdən
imtina etdikləri üçün döyüş
mövqelərinə kənd
sakinlərinin cəlb
edildiyi bəlli olub. Hətta belə məlumat
da var ki,
yerli sakinlər övladlarının döyüşlərdə
iştirak etməsinə
etiraz əlaməti olaraq bəzi avtomobil yollarını da bağlayıblar.
Düşmənin 155-ci artilleriya alayına, 5-ci dağatıcı alaya və 543-cü alaya vurulan artilleriya zərbələrimiz nəticəsində
komandir heyəti daxil olmaqla, çoxlu sayda canlı qüvvə məhv edilib, yaralanıb və itkin düşüb. Düşmənin yeraltı sığınacaqları
dağıdılıb. Yeni gətirilmiş könüllülər
atəş mövqelərini
tərk edərək qaçıb, döyüşə
girməkdən imtina edib. Əlavə yolların bağlı
olması və nəqliyyat vasitələrinin
çatışmazlığı səbəbindən düşmən
yaralıların təxliyəsində
ciddi çətinliklərlə
üzləşib.
Hadrutdan şimaldakı müdafiə
zolağında və
Ağdərədəki 5-ci dağatıcı alayın
müdafiə sahəsindəki
hərbçilərə qohumları
və tanışları
telefonla zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri
barədə çağırış
edir. Bölmələrdə ərzaq, yanacaq
və döyüş
sursatlarının çatışmadığı
barədə də məlumat verilir.
Oktyabrın 23-ü gün ərzində cəbhənin Ağdərə,
Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş
əməliyyatları müxtəlif
intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi
atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi
əməliyyatlar nəticəsində
cəbhənin Füzuli,
Cəbrayıl və Qubadlı istiqamətlərində
Ermənistan silahlı
qüvvələrinə ciddi
zərbələr vurulub,
düşmənin bir
neçə dayaq məntəqəsi dağıdılıb,
vacib ərazi və yüksəkliklər
azad edilib.
Erməni əsgəri
silahını, texnikasını
atıb qaçır,
"erməni mifləri”
dağılır
Dünən cəbhənin müxtəlif
istiqamətlərində gedən
döyüşlər nəticəsində
Ermənistan silahlı
qüvvələrinə məxsus
3 pilotsuz uçuş
aparatı (PUA) Azərbaycan
Hava Hücumundan Müdafiə bölmələri
tərəfindən aşkar
olunaraq məhv edilib. Digər 2 PUA isə xüsusi
texniki vasitələrlə
yerə endirilib.
Həmçinin düşmənin
xeyli sayda hərbi texnikası, silah- sursatı məhv edilib, 14 tank, 5 PDM,
8 minaatan, 6 qumbaraatan,
5 hərbi təyinatlı
avtomobil qənimət
kimi götürülüb.
Ümumiyyətlə, indiyədək
davam edən döyüşlərdə düşmənin
241 tankı, 79 PDM-i,
70 "Qrad” qurğusu,
53 tank əleyhinə vasitə,
17 özüyeriyən artilleriya
qurğusu, 198 topu, 58 minaatanı, 2 "Uraqan”,
2 "YARS”, 1 TOS, 4 "S-300” zenit-raket kompleksi, 3 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 5 KUB və KRUQ zenit-raket kompleksi, 10 pilotsuz uçuş aparatı, 2 əməliyyat-taktiki raket
kompleksi - "Elbrus”, 1 ballistik
raket, 1 "Toçka-U”
raketi, 8 radioelektron mübarizə vasitəsi,
203 yük avtomobili məhv edilib. 53 tank, 29 PDM, 20 minaatan, 31 qumbaraatan, 107 yük avtomaşını hərbi
qənimət kimi götürülüb.
Cəbhədə güc üstünlüyü
aşkar şəkildə
Azərbaycanın tərəfindədir. Haqq yolunda
vuruşan Azərbaycan
Ordusu tam üstünlüyə
malikdir. Ermənistan ordusu
hələ nə qədər gec deyil işğal edilmiş torpaqları azad etdiyinə dair bəyanat verməlidir. Əks təqdirdə
Ali Baş Komandanımızın
söylədiyi kimi, düşmənin olan-qalan
texnikaları da məhv ediləcək.
Azərbaycan Ordusunun qarşısında
diz çökən erməni ordusu artıq məğlubiyyətlə
barışmalıdır. Hər gün
Azərbaycan bayrağı
işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində
ucaldılır. "Erməni mifləri” dağılır və yalanları ifşa olunur.
27 gündür
davam edən haqq savaşımız Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirir. Nəinki erməni əsgəri,
hətta xarici ölkələrdən gətirdikləri
muzdlu terrorçular da yüksək döyüş ruhlu Azərbaycan əsgərinin
qarşısında duruş
gətirə bilmir.
Ordumuz sözdə yox, əməldə də regionda ən güclü olduğunu nümayiş etdirir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2020.-24 oktyabr.- S.1; 6.