Türkiyə XİN Ermənistanın
azərbaycanlı mülki əhalini hədəfə
almasını kəskin şəkildə pisləyən
açıqlama yayıb
Ermənistanın mülki əhalini qətlə yetirmək üçün apardığı xain siyasət Xocalı soyqırımının arxasındakı xəstə zehniyyətin təzahürüdür.
AZƏRTAC
xəbər verir ki, bu fikir Türkiyənin Xarici İşlər
Nazirliyinin ermənilərin Azərbaycanda dinc əhalini hədəfə
almasına dair açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “Dünənki vəhşi hücumdan sonra Ermənistan Azərbaycanın münaqişə zonasından uzaqda olan Bərdə şəhərində mülki əhaliyə qarşı yenidən vəhşi və xain bir hücum həyata keçirdi. İlkin məlumatlara əsasən, bu hücum nəticəsində 21 nəfər həlak olub, 70-dən artıq insan yaralanıb. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralıların tez sağalmalarını diləyirik. Can Azərbaycana başsağlığı verir, mətanətli olmasını diləyirik.
Ermənistanın uşaq,
gənc, yaşlı demədən mülki
əhaliyə qarşı həyata keçirdiyi
bu alçaq
hücumları lənətləyirik. Ermənistanın
mülki əhalini terrora
məruz qoymaq və qətlə yetirmək
üçün apardığı xain siyasət Xocalı
soyqırımının arxasındakı xəstə zehniyyətin
təzahürüdür. İşğal
etdiyi torpaqlardan
çıxmamaq üçün hər yola baş vuran
Ermənistanın hakimiyyəti ağıl və
vicdanını itirmiş şəkildə
hərəkət etməkdədir. Bu son hücum Ermənistanın törətdiyi
müharibə cinayətləri siyahısında bir utanc vəsiqəsi olaraq yerini aldı. Başda Minsk qrupunun həmsədrləri olmaqla
beynəlxalq ictimaiyyətin Ermənistana lazımi reaksiya verməsinin vaxtı çoxdan
gəlib çatıb.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.7.