Türk
Şurası Ermənistanın Azərbaycan şəhərlərinə
hücumlarını qətiyyətlə pisləyir
Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının (Türk Şurası) Baş katibi
Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə ünvanladığı məktubda son
zamanlar Ermənistan silahlı qüvvələrinin beynəlxalq
humanitar hüquqa və Cenevrə konvensiyalarının tələblərinə
zidd olaraq Azərbaycan şəhərlərinə, mülki əhaliyə
və ictimai obyektlərə hücumlarını qətiyyətlə
pislədiyini, qardaş Azərbaycan xalqı ilə bu həlledici
tarixi dönəmdə həmrəy olduğunu qeyd edib.
Məktubda,
həmçinin vurğulanır ki, Türk Şurası Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazilərini
və onlar üzərində suverenliyini tam şəkildə
bərpa etmək üçün BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə və
beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsini dəstəkləyir.
Bağdad
Amreyev Azərbaycanın dövlət bayrağının onun
azad edilmiş əzəli torpaqlarında daim
dalğalanacağına inamını ifadə edib.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.7.