Ermənistan sonu
görünməyən böhrana qədəm
qoyub
Ermənistanda bütün sahələrdə dərinləşən tənəzzül müharibə fonunda bu ölkənin ordusunun da durumuna təsirsiz ötüşmür. Orduda əvvəllər də müşahidə olunan pozuntular artıq daha geniş miqyas alıb. Eyni zamanda müharibə N.Paşinyan iqtidarına olduqca baha başa gəlir.
Ermənistanın hücumlarının və təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən effektiv şəkildə alınır. Eyni zamanda düşmənin itkiləri durmadan artır. Çoxminli itkilər isə Ermənistanda əsgər analarının etiraz dalğasının başlanmasına səbəb olub. Hakimiyyət itkiləri gizlətməyə çalışsa da, buna nail ola bilmir. Elə bu səbəbdəndir ki, Ermənistanın hakimiyyətin nəzarətində olmayan media orqanları Paşinyanın kriminal rejimini dezinformasiya yaymaqda ittiham edirlər. Əsgər anaları açıqlanan itki rəqəmlərinə inanmırlar. Onlar hakimiyyəti əsgər itkisinə etinasızlıqda ittiham edir, ölkə rəhbərliyinin indiyə qədər onları aldatdığını bildirirlər.
Elə bu səbəbdən də əsgər anaları növbəti dəfə etiraz aksiyası keçiriblər. Aksiyada Qarabağda gedən döyüşlərdə həlak olan Samvel Melkunyanın anası deyib ki, həmişəki kimi hökumət itkiləri gizlədir, həlak olmuş əsgərlərin cəsədlərini ailələrinə vermir. "Nəyə görə Azərbaycan torpaqlarına hərbi xidmət keçməyə kasıb, imkansız ailələrin övladları göndərilməlidir? Ümumiyyətlə, bizə Qarabağ lazımdırmı?” - deyə o bildirib.
Qeyd edək ki, işğalçı ordu ötən bir ayda o qədər itki verib, əsgərləri o qədər zərbə alıb ki, yaralıların yerləşdirilməsi üçün Ermənistandakı hospitallarda yer qalmayıb. Hər gün ölkənin müxtəlif xəstəxanalarına yaralıların daşınması davam edir. Valideynlərin bir çoxu Qarabağda xidmət edən övladlarından bir xəbər ala bilmədiklərindən paytaxtdakı morqlara və xəstəxanalara üz tutublar.
Bu arada Ermənistanın keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan da hakimiyyəti tənqid edi. Öz açıqlamasında Ermənistanın tarixinin ən biabırçı və dağıdıcı dövrünü yaşadığını deyən Vazgen Manukyan bildirib ki, ölkənin gələcəyi təhlükə altındadır. O, qeyd edib ki, indiki hökumət istefaya getməlidir.
İyirmi bir il bundan əvvəl işğalçı ölkənin parlamentində törədilən terror aktı nəticəsində qətlə yetirilən baş nazir Vazgen Sarqsyanın qardaşı Aram Sarqsyan qeyd edib ki, həmin cinayət Qarabağ məsələsinə görə törədilmişdi. Aram Sarqsyan "Panorama.am” saytına açıqlamasında deyib ki, cəbhədəki hazırkı məğlubiyyət Ermənistanın terror aktına görə cəzalandırılmasıdır: "Çox güman ki, müharibə bizim bu günahımız ucbatından bitmir. Biz Allah qarşısında günah işlətmişik, özümüz özümüzün əleyhinəyik, ona görə də müharibə qurtarmır. Biz bu məsələyə nöqtə qoymağı bacarmalıyıq. Bu problemi daim növbəti nəslə ötürmək düzgün deyil. Bildiyimə görə, müharibə, həqiqətən, müəyyən müddət davam edəcək və belə şəraitdə yaşamağı öyrənmək lazımdır.
Göründüyü kimi, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Gözlənilir ki, cəbhədəki çoxsaylı insan itkiləri ilə əlaqədar vətəndaşlar tezliklə küçələrə axışacaq. Bununla da Ermənistan sonu görünməyən daxili siyasi böhrana qədəm qoyacaq.
Paşinyan isə hökumət
strukturlarında kadr dəyişikliklərinə
gedərək hələ ki diqqəti cəbhədəki
uğursuzluqlardan yayındırmağa
çalışır. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan prezidenti Armen Sarkisyanın
qərarı ilə Arqişti Kərəmyan
Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad
edilmişdi. Qeyd edək
ki, 2018-ci il hakimiyyət
dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində
tez-tez kadr dəyişikliyi
olur. Artur Vanesyan 2018-ci il mayın
10-dan 2019-cu il sentyabrın
16-dək xidmətin direktoru
işləyib. Keçmiş
müavini Eduard Martirosyan
ötən il
sentyabrın 19-da Artur
Vanesyanın istefasından
sonra Milli Təhlükəsizlik Xidmətinin
direktoru vəzifəsini
icra etməyə başlayıb. Bu il iyunun əvvəlində E.Martirosyan
tutduğu vəzifədən
azad edilib. Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilib.
Ötən günlərdə Ermənistan
Milli Təhlükəsizlik
Xidmətinin sərhəd
qoşunları komandanı
Vaqinak Sarkisyan tutduğu vəzifədən
azad edilib. Srağagün isə bu qurumun
Əks-kəşfiyyat idarəsinin
rəisi general-mayor Ohanes
Karumyan işdən çıxarılıb.
Bu arada dünyada
bütün dinlərin
sülh, barışıq
və dostluğa çağırdığı bir halda Ermənistan
cəmiyyətində din amili
faşist və şovinist ideologiyasının
yayılmasında lokomotiv
kimi çıxış
edir. Belə ki, bütün
ermənilərin Katolikosu
II Qaregin erməni xalqına müraciət edərək insanları müharibəyə qoşulmağa
səsləyib. Bu barədə Qaregin "Facebook” səhifəsində
videomüraciət yayımlayıb.
Ermənistanda əhalinin müharibəyə
qoşulmaqdan imtina etməsi və cəbhədə böyük
itkilərin verilməsi
ilə bağlı xəbərlərin fonunda
Katolikos II Qaregin müraciətində erməni
gənclərini ölümə
getməyə səsləyib
və bunun, guya, həlledici an olduğunu bildirib.
Qeyd edək
ki, Qaregin müharibənin başlanmasından
sonra ilk dəfədir
ki, ermənilərə
belə bir müraciət edir. Bu, erməni
ordusunun çətin
vəziyyətdə olduğunu,
ölkədə döyüşməyə
adam tapılmadığını
təsdiq edir. Ona görə də Ermənistanda son ümid kimi kilsə dövriyyəyə girib.
Digər
tərəfdən, II Qaregin
qarşıdurmada olduğu
Paşinyan hakimiyyətinə
bu dəstəyi verməklə əvvəlki
təsir gücünü
yenidən qaytarmaq istəyir.
Ümumilikdə isə, son daxili ziddiyyətlər göstərir
ki, Ermənistanı qarşıdakı dövrdə
daha çətin günlər gözləyir.
Elçin Cəfərov
Azərbaycan.-2020.- 29 oktyabr.- S.8.