Nüfuzlu
“National Herald Tribune” Azərbaycanı
regional lider adlandırıb
Nüfuzlu “National Herald
Tribune” nəşri “Azərbaycan
regionun geopolitik və geoiqtisadi mənzərəsini yenidən
şəkilləndirir” mövzusunda
analitik məqaləni
dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalənin
müəllifi İqtisadi
İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin icraçı
direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlıdır. O yazıb
ki, Azərbaycanın
regional liderliyi son 15 ildə
iqtisadiyyatını 3 dəfədən
çox böyütməsi
və regional neft-qaz və nəqliyyat-logistika layihələrini gerçəkləşdirməsilə
sübut olunub. Kissincerin “neftə nəzarət etməklə dövlətlərə,
ərzağa nəzarət
etməklə insanlara
nəzarət mümkündür”
sitatına uyğun olaraq Azərbaycan regionun geopolitikası və geoiqtisadiyyatını
şəkilləndirərkən yekun bir ştrixə
ehtiyac duyurdu. Əhalisinə görə
dünyada 90-cı və
ərazisinə görə
114-cü ölkə olan
Azərbaycan nüfuzlu
“US News”un hesabatına görə, dünyada 45-ci gücə
çevrilməyi bacarıb.
Azərbaycanın regional oyunçu statusunda iqtisadi və siyasi üstünlüyünü hərbi
potensialının təsdiqi
və ərazi bütövlüyünün bərpası
tamamlamalıydı ki,
ölkə regional liderliyini
tam təsbit etsin.
Son 10 ildə Azərbaycanın hərbi
büdcəsi ÜDM-in 4 faizi
və dövlət büdcəsinin 11 faizi həddində olub.
2020-ci il sentyabrın 27-də Ermənistanın
təxribatına cavab
olaraq Azərbaycan Ordusunun əks-həmləsi
nəticəsində düşmənin
30 ilə yaratdığı
müdafiə səddi
yarılıb və
1988-1993-cü illərdə işğalına illər
sərf edilmiş Azərbaycan torpaqları həftələr ərzində
azad edilməyə başlayıb.
Azərbaycanın Cənubi Qafqazda gücün bütün parametrləri – iqtisadi, siyasi və hərbi cəhətdən
önə çıxması
regionun geopolitikasını
və geoiqtisadiyyatını
yenidən şəkilləndirir. Azərbaycan regionun
geopolitik mənzərəsini
dəyişmək üçün
quru, su və hava üstünlüyünə
malikdir.
“National Herald Tribune” sonda qeyd edir ki,
Azərbaycan xalqının
Prezident İlham Əliyevin ətrafında
sıx birləşməsi
islahatların daha da dərinləşdirilməsi
üçün əsasları
gücləndirəcək.
Azərbaycan.-2020.-
29 oktyabr.- S.10.