Noyabrın 2-dən bütün təhsil
müəssisələrində tədris distant
formada təşkil olunacaq
Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında
fəaliyyət göstərən
bütün təhsil
müəssisələrində 2020-ci il 2 noyabr
tarixindən tədris
və təlim-tərbiyə
prosesi distant (məsafədən)
formada təşkil olunacaq.
AZƏRTAC xəbər
verir ki, bununla əlaqədar Baş Nazir Əli Əsədov "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının
ərazisində fəaliyyət
göstərən təhsil
müəssisələrinin fəaliyyətinin təşkilinə
dair əlavə tədbirlər barədə”
Qərar imzalayıb.
Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir. Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.
Qərara əsasən
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti
orqanları, dövlət mülkiyyətində olan və ya
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil
müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri
tədbirlərin görülməsini təmin edəcəklər.
Azərbaycan.- 2020.-30 oktyabr.- S.2.