Cinayətlərin törədilməsi barədə əmr verən düşmən komandirləri bir-bir məhv edilir

 

Azərbaycan bütün cəbhə xətti boyun­ca düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmən hərbi komandirləri bir-bir məhv edilir.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi– Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə jurnalistlərə müsahibəsində deyib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib: “Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Qardaş Türkiyənin dəstəyi Azərbaycanın haqq işini gücləndirir. Hazırda eşitdiyiniz kimi, düşmən yenə artilleriyadan atəş açır, amma biz qorxmuruq və qorxmayacağıq”.

 

Azərbaycan.- 2020.-30 oktyabr.- S.3.