Xarici diplomatlar
Tərtərə səfər
ediblər
Azərbaycandakı diplomatik
korpusun rəhbərləri,
səfirlər, hərbi
attaşelər və
beynəlxalq təşkilatların
ölkəmizdəki nümayəndəliklərinin
rəhbərləri oktyabrın
29-da Bərdədə erməni
terrorunun izləri ilə tanış
olduqdan sonra Tərtərə səfər
ediblər.
AZƏRTAC-ın cəbhə bölgəsinə
ezam olunmuş müxbiri xəbər verir ki, səfərin
məqsədi diplomatları
və hərbi attaşeləri Tərtərdə
Ermənistan silahlı
qüvvələrinin raket
hücumlarının səbəb
olduğu cinayət izləri ilə tanış etməkdir.
Erməni vandalizmi
ilə tanış
olan diplomatlara məlumat verilib ki, Tərtər mütəmadi olaraq atəş altındadır.
Sentyabrın 27-dən bu günə
qədər rayona, ümumilikdə, 15 min 500-ə yaxın
mərmi düşüb.
Hətta
elə olub ki, bir gündə
2280 ədəd mərmi
atılıb. Mərmilərin düşməsi nəticəsində
17 dinc sakin həlak olub. Onlardan 1-i uşaq, 1-i isə qadındır. Altmışdan
çox yaralı var.
İndiyə qədər
133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb,
3 xəstəxana, 18 inzibati
bina, 65 ictimai yaşayış binasına
(1-i tamamilə dağıdılıb)
ziyan dəyib.
Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər,
hərbi attaşelər
və beynəlxalq təşkilatların ölkəmizdəki
nümayəndəliklərinin rəhbərləri Tərtərdə
erməni terrorundan zərər görmüş
ərazilərə baş
çəkib, müharibə
cinayətlərinin şahidi
olublar.
***
Sonra diplomatik korpusun rəhbərləri,
səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların
ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin
iştirakı ilə Bərdədə brifinq
keçirilib. Brifinqdə erməni vandalizminin acı nəticələrindən
danışılıb, bununla
bağlı cinayət işinin
başlandığı bildirilib, suallar cavablandırılıb.
Azərbaycan.-
2020.-30 oktyabr.- S.4.