Qisas alınır
İlham Əliyevin Ali Baş Komandanlığı ilə
Azərbaycan Ordusu işğalçı Ermənistanı
döyüş meydanında
cəzalandırır
Ermənistanın sentyabrın
sonlarında törətdiyi
növbəti hərbi
təxribatdan sonra başlanan ikinci Qarabağ müharibəsi
Azərbaycan Ordusunun müzəffər yürüşü
ilə davam edir. Qısa zaman kəsiyində ordumuz işğalçıya
elə bir zərbə vurub ki, bundan sonra
onun özünə gəlməsinə onilliklər
lazımdır. Ən əsası
da odur ki,
Füzulidən Ermənistanla
dövlət sərhədinə
qədər böyük
bir ərazi artıq işğaldan azad edilib.
İşğal edilmiş ərazilərimizin
xeyli hissəsi işğaldan azad olunub
Artıq Füzulidə, Cəbrayılda, Zəngilanda,
Qubadlıda, Xocavəndin
kəndlərində, Suvqovuşanda
Azərbaycan bayrağı
dalğalanır. 6 rayon üzrə azad edilmiş yaşayış
məntəqələrinin ümumi sayı 180-i ötüb. Beynəlxalq öhdəliklərini
yerinə yetirməyən
Ermənistan oktyabr ayında humanitar atəşkəslə bağlı
3 dəfə əldə
olunmuş razılaşmaları
dərhal pozub və hər dəfəsində də Azərbaycan tərəfindən
layiqincə cəzalandırılıb.
İşğal altında olan
ərazilərinin bir qismini azad edən
Azərbaycan həm də dünya ictimaiyyətinə göstərdi
ki, danışıqları
pozan, işğal siyasətindən əl çəkməyən Ermənistanı
güc yolu ilə başa salmaqdan başqa yol yoxdur.
Eyni zamanda Dağlıq Qarabağda yenidən alovlanan müharibə Azərbaycan
Ordusunun gücü və döyüş imkanları barədə deyilən fikirlərin həqiqət olduğunu praktik şəkildə təsdiqlədi. Rusiyanın "İnterfaks” agentliyinə müsahibəsində
Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycan Ordusu döyüş meydanında
özünün üstünlüyünü
sübut etdi. İşğal edilmiş ərazilərin
xeyli hissəsi bu bir ay ərzində
azad olundu. Erməni tərəfinin təqribən 30 il
ərzində işğal
olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar
yaratmasını nəzərə
alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi
də erməni tərəfi üçün
daha əlverişlidir,
çünki ora dağlıq ərazidir və bizim hərbi
qulluqçular əks-hücum
əməliyyatlarını həyata keçirərkən
həm mühəndis
qurğularını, həm
də dağlıq relyefi adlamalı olurdu. Buna görə
də bütün bu amillər nəzərə alınmaqla,
ölkəmizin ərazilərinin
xeyli hissəsi bir ay ərzində azad edildi və
bu göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə
malik ordulardan biri hesab edilməsi
əbəs deyildi”.
Ərazilərinin bir qismini azad etməklə
Azərbaycan danışıqlar
prosesində müəyyən
olunmuş baza prinsiplərindən birini demək olar ki, təmin edib. Belə ki, ilkin olaraq
işğalçılardan azad edilməsi nəzərdə tutulan 5 rayondan 4-ü artıq Azərbaycanın nəzarəti
altındadır.
Hədəfi mülki əhali olan Ermənistan terror dövlətidir
Sentyabrın 27-dən başlayan
döyüş əməliyyatları
Ermənistanla bağlı
bir həqiqəti növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Belə ki, şanlı
Azərbaycan Ordusunun sarsıdıcı zərbələri
qarşısında duruş
gətirə bilməyərək
geri çəkilən
Ermənistan ordusu işğalçı ölkənin
hərbi-siyasi rəhbərliyinin
bilavasitə göstərişi
ilə hər gün yaşayış məntəqələrimizi və
dinc əhalini hədəfə alır.
Döyüş əməliyyatlarının
aparıldığı bölgələrə
aidiyyəti olmayan şəhər və rayonlarımızı hər
gün intensiv şəkildə raket və ağır artilleriya atəşinə
məruz qoymaqla Ermənistan bir daha terrorçu mahiyyətini təsdiqləmiş
oldu. Humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq cəbhə xəttindən
kənarda yerləşən
və hərbi obyektlərin olmadığı
Gəncə və Bərdə şəhərlərinin
qadağan olunmuş silahlardan, əməliyyat-taktiki
raket sistemlərindən
atəşə tutulması
göstərdi ki, Ermənistanın hədəfi
mülki əhali, uşaqlar və körpələrdir.
Sentyabrın 28-də Bərdə
şəhərində dinc
sakinlərin sıx hərəkətdə olduğu
və ticarət obyektlərinin yerləşdiyi
əraziyə beynəlxalq
hüquqla qadağan olunmuş kaset bombalardan zərbə endirilməsi ilə Ermənistan növbəti
müharibə cinayətinə
imza atdı. Mülki əhaliyə qarşı
törədilən bu
cinayət nəticəsində
21 dinc Azərbaycan vətəndaşı qətlə
yetirildi, 70-ə yaxın
insan yaralandı.
Bundan bir gün əvvəl isə Bərdənin Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması
nəticəsində 5 nəfər,
o cümlədən 7 yaşlı
uşaq Ermənistanın
dövlət səviyyəsində
həyata keçirdiyi
terrorun qurbanı oldu. Bəli, Xocalı soyqırımını
törədənlərdən başqa heç nə gözləmək olmazdı. Bütün bunlar cəbhədə
uduzan, işğal etdiyi torpaqlardan qovulub çıxarılan
düşmənin hərbi
siyasi rəhbərliyinin
faşizm xislətinin
göstəricisidir.
Düşmənin xeyli sayda canlı
qüvvəsi və hərbi texnikası məhv edildi
Prezident İlham Əliyev "İnterfaks”
agentliyinə müsahibəsində
Bərdənin bombardman
edilməsinə görə
erməni silahlılarının
döyüş meydanında
cavab verəcəklərini
bildirmişdi: "Bərdə
şəhərinin vəhşicəsinə
bombardman edilməsinə,
orada 7 yaşlı qızın həlak olmasına və bir neçə uşağın zərər
çəkməsinə baxmayaraq,
biz onların tayı deyilik. Biz onlara
döyüş meydanında
cavab verəcəyik.
Biz yeni torpaqların
azad edilməsi ilə, bayrağımızı
yeni şəhərlərə
sancmaqla cavab verəcəyik. Biz şəhərləri, mülki
şəxsləri bombalamayacağıq”.
Ermənistanın Bərdədə törətdiyi növbəti
terrordan sonra özünün rəsmi
"Twitter” səhifəsində paylaşım edən Prezident İlham Əliyev Bərdə sakinlərinin
qisasının yerdə
qalmayacağını və
döyüş meydanında
işğalçılara layiqli
cavab veriləcəyini
bəyan etdi.
Rəşadətli Azərbaycan
Ordusu Ermənistan silahlı qüvvələrinin
Bərdə rayonunun Qarayusifli kəndində törətdiyi qanlı
terror cinayəti nəticəsində
həlak olan şəhidlərimizin qisasını
alıb. Ermənistanın oktyabrın 27-də qətlə yetirdiyi Bərdənin Qarayusifli kəndinin sakinlərinin qisası elə həmin gün alındı. Həmin gün
və gecə saatlarında cəbhənin
müxtəlif istiqamətlərində
düşmənin xeyli
sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Ermənistan nə qədər gizlətməyə çalışsa
da, həmin günkü itkiləri sonda etiraf etməyə
məcbur oldu.
Bərdəyə edilmiş
ikinci hücumun da qisası döyüş meydanında
alındı. Son iki gündə Ermənistan canlı itkilərinin sayının 100 nəfərdən
çox olduğunu bildirsə də, reallıqda bu, dəfələrlə çoxdur.
Azərbaycan Müdafiə Nazirliyinin
yaydığı kadrlarda
düşmənin canlı
itkisinin olduqca çox olduğu aydın görünür.
Müzəffər Azərbaycan Ordusunun Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı,
Zərnəli, Füzulinin
Mandılı, Cəbrayılın
Qazanzəmi, Xanağabulaq,
Çullu, Quşçular,
Qaraağac, Qubadlının
Qiyaslı, Əbilcə,
Qılıcan kəndlərini
işğaldan azad etməsi bir daha göstərdi ki, düşmən torpaqlarımızdan qovulur
və qətlə yetirilən vətəndaşlarımızın
qisası alınır.
Azərbaycan Ordusu mülki insanları heç vaxt hədəfə almır. Bu günlərdə
düşmənin bununla
bağlı yaydığı
dezinformasiyalar da ekspertlər tərəfindən
ifşa olundu. Ermənistan doğum evinin atəşə tutulduğunu
iddia etsə də, yaydıqları şəkillərlə öz
yalanlarını ifşa
etdilər. İlham Əliyevin
Ali Baş Komandanlığı
ilə müzəffər
ordumuzun hədəfi işğal edilmiş torpaqlarımızın azad
edilməsidir. Ona görə
Azərbaycan terrorçu
Ermənistanı məhz
döyüş meydanında
cəzalandırır və
bu, torpaqlarımızın
işğaldan tam azad
edilməsinə qədər
davam edəcək.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2020.-30
oktyabr.- S.1; 6.