“Bələdiyyələrin əraziləri və
torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş
“Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 3-cü bəndini
rəhbər tutaraq,
"Naxçıvan Muxtar
Respublikasının Babək
rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Bələdiyyələrin
əraziləri və
torpaqları haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 12, maddə
689; 2001, ¹ 11, maddə 677; 2002, ¹ 5, maddə 237; 2003, ¹ 6, maddə
273, ¹ 8, maddə 419; 2004, ¹ 7, maddə 522, ¹ 10, maddə
784, ¹ 12, maddələr 982, 987; 2005, ¹ 4, maddə 283, ¹ 10, maddə
884; 2007, ¹ 3, maddə 212, ¹ 11, maddə 1051; 2008, ¹ 5, maddələr
346, 347, ¹ 8, maddə 708, ¹ 11, maddə 959; 2009, ¹ 4, maddə
214, ¹ 7, maddələr 503, 511, ¹ 10, maddə 770, ¹ 12, maddə
963; 2010, ¹ 7, maddə 605, ¹ 11, maddələr 942, 943, 961; 2011, ¹ 3, maddə 166, ¹ 7, maddə
613; 2012, ¹ 2, maddə 54, ¹ 3, maddə 192, ¹ 6, maddə
525, ¹ 9, maddə 840, ¹ 11, maddə
1059; 2013, ¹ 3, maddə 233, ¹ 6, maddə 597, ¹ 11, maddələr
1262, 1263, ¹ 12, maddə 1490; 2014, ¹ 5, maddə 463, ¹ 7, maddə
760, ¹ 11, maddə 1375; 2015, ¹ 7, maddə 820, ¹ 12, maddə
1440; 2016, ¹ 2 (II kitab), maddə
222; 2019, ¹ 1, maddə 2) əlavə
edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı”nın "Babək
rayonu” bölməsində
aşağıdakı dəyişikliklər
edilsin:
1. 59.3-cü sətirdə
"Əhatə etdiyi
ərazi vahidləri” sütununda "Babək qəsəbəsi” sözləri
"Babək şəhəri”
sözləri ilə əvəz edilsin.
2. 59.4-cü sətirdə
"Əhatə etdiyi
ərazi vahidləri” sütununda "Cəhri kəndi” sözləri
"Cəhri qəsəbəsi”
sözləri ilə əvəz edilsin.
3. 59.17-ci sətirdə
"Əhatə etdiyi
ərazi vahidləri” sütununda "Nehrəm kəndi” sözləri
"Nehrəm qəsəbəsi”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 oktyabr 2020-ci il
Azərbaycan.-
2020.- 31 oktyabr.- S.2.