Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
6 dekabr tarixli 1138 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında kənd
təsərrüfatı məhsullarının
istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə
uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə
117, ¹ 3, maddə 246, ¹ 8, maddə
909, ¹ 10, maddə 1155, ¹ 12, maddə
1514; 2014, ¹ 5, maddələr 477, 487, ¹ 9, maddə 1027, ¹ 12, maddə
1577; 2015, ¹ 3, maddə 271, ¹ 9, maddə 1005, ¹ 11, maddə
1322, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab), maddə 273, ¹ 5, maddələr 859, 864, ¹ 8, maddə
1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə
1647, ¹ 11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə
545, ¹ 5, maddə 807, ¹ 8, maddə
1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr 191, 215, ¹ 3, maddə
427, ¹ 4, maddə 659, ¹ 7 (I kitab),
maddə 1462, ¹ 10, maddə
2017, ¹ 12 (I kitab), maddələr
2538, 2596; 2019, ¹ 3, maddə 406, ¹ 4, maddə 655, ¹ 5, maddələr
820, 826, 848, 852, 857, ¹ 6, maddə 1037, ¹ 12, maddə 1936; 2020, ¹ 1, maddə
7, ¹ 8, maddə 1039) ilə
təsdiq edilmiş
"Yerli icra hakimiyyətləri haqqında
Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 3.2.3-cü yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
3.2.4-cü yarımbənd əlavə
edilsin:
"3.2.4. müvafiq ərazidə
təşkil olunmuş
bələdiyyələr cəlb
edilməklə kənd
yerləri üzrə
qısamüddətli, ortamüddətli
və uzunmüddətli
inkişaf planlarının
hazırlanmasını təmin
edir.”;
1.2. 4.2.3-cü yarımbəndə "proqramlarının”
sözündən sonra
", o cümlədən müvafiq
ərazidə təşkil
olunmuş bələdiyyələr
cəlb edilməklə
kənd yerləri üzrə qısamüddətli,
ortamüddətli və
uzunmüddətli inkişaf
planlarının” sözləri
əlavə edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
ilə birlikdə kənd yerləri üzrə qısamüddətli,
ortamüddətli və
uzunmüddətli inkişaf
planlarına dair metodiki göstərişin
üç ay müddətində
hazırlanmasını və
yerli icra hakimiyyəti orqanlarına
göndərilməsini, habelə
ehtiyac olduqda, bununla bağlı təşkilati dəstəyi
təmin etsin.
3. Müəyyən
edilsin ki, yerli icra hakimiyyəti
orqanları tərəfindən
kənd yerləri üzrə qısamüddətli,
ortamüddətli və
uzunmüddətli inkişaf
planlarının hazırlanması
və təsdiq olunması şəhər
inzibati ərazi vahidlərinə münasibətdə
2021-ci ildən, digər
inzibati ərazi vahidlərinə münasibətdə
isə 2022-ci ildən
etibarən həyata keçirilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 oktyabr 2020-ci il
Azərbaycan.-
2020.-31 oktyabr.- S.2.