Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin "Tələbə-məzun”
dövlət elektron məlumat sisteminə qoşulmasını təmin
etmək məqsədilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 23
fevral tarixli 225 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 2, maddə 89, ¹ 7, maddə
621; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027; 2015, ¹ 4, maddə
373, ¹ 6, maddə 704, ¹ 7, maddə
836; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 5, maddə 805, ¹ 8, maddə
1521, ¹ 12 (I kitab), maddə
2306) ilə təsdiq edilmiş "Tələbə-məzun”
dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə
aşağıdakı məzmunda
6.10-3-cü bənd əlavə
edilsin:
"6.10-3. Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi;”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2020-ci il
Azərbaycan.-
2020.-31 oktyabr.- S.2.