Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyasının
üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin edilsinlər:
Samir Nuriyev - Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
rəhbəri
Fuad Ələsgərov
- Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Hüquq mühafizə
orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov
- Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri,
Azərbaycan Respublikası
Birinci vitse-prezidentinin
köməkçisi
Vilayət Eyvazov -
Azərbaycan Respublikasının
Daxili İşlər
naziri
Əli Nağıyev - Azərbaycan
Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
rəisi.
2. "Azərbaycan
Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyasının
üzvlərinin təyin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
21 aprel tarixli 196 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 4, maddə 277; 2005, ¹ 6, maddə 524; 2008, ¹ 1, maddə
9; 2015, ¹ 11, maddə 1301; 2017, ¹ 1, maddə 51; 2018, ¹ 6, maddə
1297; 2019, ¹ 9, maddə 1487) ləğv
edilsin.
3. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 1 sentyabr.-
S.1.