Yumşalmalara sürətli keçid pandemiya ilə effektiv mübarizənin nəticəsidir

 

Zəruri qabaqlayıcı tədbirlər ölkədə sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir

 

Yer üzərində COVID-19 adlı virus can almaqda davam edir. Artıq koronavirusla ölüm-dirim savaşı aparılan 8-ci ayı geridə qoysaq da, virusu ram etməyə, onun çarəsini tapmağa müyəssər olunmayıb. Qarşıdan isə daha təhlükəli, eləcə bakterial mənşəli respirator xəstəliklərin artdığı payız-qış mövsümü gəlir.

Bütün dünyada koronavirusla bağlı ciddi sınaqların gözlənildiyi həmin mövsümlərə hazırlıqlar görülür, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun addımlar atılır.

Respublikamızda da yeni tip koronavirusla mübarizə davam etdirilir. Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, infeksiyanın yayılmasının lokallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Mütəmadi olaraq ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil olunaraq ona uyğun qərarlar verilir.

Hazırda Azərbaycanda COVID-19 infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti mövcud qaydalara əməl etməsi nəticəsində müsbət dinamika əldə edilib. zamanında görülən qabaqlayıcı tədbirlər nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Xüsusilə sərhədlərin, tədris müəssisələrinin, vətəndaşların kütləvi toplandığı yerlərin bağlanması, yas toy mərasimlərinin qadağan olunması yoluxmanı nəzarət altına almaqda müstəsna rol oynayıb.

Buna görədir ki, son zamanlar yoluxma sayının 100-200 civarında olduğu müşahidə olunur. Təbii ki, koronavirus sürətli yayılma xüsusiyyətinə görə olduqca təhlükəlidir hətta bir, yaxud ikirəqəmli həddə olması belə qorxulu sayılır. Amma onu da vurğulamaq yerinə düşər ki, bəhs etdiyimiz müsbət tendensiya həyata keçirilən yumşaldılmalar ərəfəsində davam edir bunun özü virusla mübarizədə əldə olunan böyük nailiyyətdir.

Məhz effektiv tədbirlərin nəticəsidir ki, avqustun 5-dən vətənimizdə mərhələli şəkildə sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılmasına, bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına start verilib. SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb. Avqustun 10-dan iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi qüvvəyə minib. Bir sıra istehsal, ticarət xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İri ticarət mərkəzləri "Mall”lardan başqa, qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar açılıb, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilmiş məhdudiyyətlər aradan götürülüb. Ötən ayın 18-dən isə ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində milli parkların qapıları ziyarətçilərin üzünə açılıb.

 

On şəhər rayon sərt karantin rejimi zonasından çıxarılıb

 

Sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tamamilə ləğvi hələlik məqsədəuyğun deyildir.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi 30 sentyabradək uzadılıb.

Bununla belə, virusa yoluxma dinamikasına mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 31 avqustdan etibarən sərt karantin rejimi zonasından çıxarılıb.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri Abşeron rayonunda isə bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

Sərt karantin rejimi mövcud olan şəhər rayonlarda həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

 

Muzeylər, sərgi zalları açıldı, fərdi tədris repetitor xidmətlərinə icazə verildi

 

Nazirlər Kabinetinin qərarına əsasən, sözügedən tarixdən ölkə üzrə muzeylərin sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfərədək qruplarda fərdi tədris repetitor xidmətlərinə icazə verilib.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə diqqətə çatdırdı ki, Azərbaycanda təhsil müəssisələri sentyabrın 15-də mərhələli şəkildə açılacaq. Sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaq. Bağçaların da fəaliyyəti bu tarixdə bərpa olunacaq. Yuxarı sinif şagirdləri isə sentyabrın 15-də onlayn tədrisə başlayacaqlar. Zamanla bu siniflərdə təhsil alan şagirdlər üçün ənənəvi təhsil bərpa ediləcək. Oktyabrın 1-dən etibarən 5-9-cu sinif, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.

 

Qabaqcadan görülən tədbirlər məktəblərdə yoluxma tendensiyasının qarşısını ala bilər

 

Təbii ki, hazırda ictimaiyyət arasında ən çox müzakirəyə səbəb olan məsələlərdən biri məktəblər açılan zaman uşaqların bir araya gəlməsi səbəbindən yoluxma sayının artacağı ilə bağlı yaranan vəziyyətdir.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov məktəblərin açılması ilə bağlı məsələyə münasibət bildirərək məlumat verib ki, bununla əlaqədar bəzi planlaşdırmalar aparılır. Təhsil Nazirliyi bununla bağlı ciddi yanaşmalar hazırlayır. Uşaqların məktəblərdə nəzarətsiz şəkildə bir araya gəlməsi yoluxma sayını artıra bilər. Bu, ehtimal olunandır. Lakin qabaqcadan görülən tədbirlər - sosial məsafənin saxlanılması, dərs saatlarında sıxlığın sinif otaqlarında şagirdlərin sayının azaldılması, tənəffüs vaxtının 15-20 dəqiqə deyil, 5-10 dəqiqə olması, respirator şəxsi gigiyena qaydalarına əməl olunması, məktəb daxilində buna nəzarət sistemi kimi amillər yoluxma tendensiyasının qarşısını ala bilər: "Valideynlərə payız-qış mövsümündə respirator xəstəliklərin artdığı vaxtda da evdən çıxmadan evə daxil olarkən heç nəyə toxunmadan övladlarının əllərini yumasını təmin etmək tövsiyə olunur. Şübhəsiz ki, maarifləndirmə tədbirlərinin aparılması burada da çox əhəmiyyətlidir. Uşaqlara məktəblərdə hər zaman nəzarət etmək mümkün olmadığı üçün onlara yoluxma yolları ondan qorunmaq üçün qaydalara əməl olunması aşılanmalıdır. Bunlara əməl etdikdə uşaqlar özlərini qoruya bilərlər”.

 

İndiyə qədər Azərbaycanda COVID-19-la əlaqədar uşaq ölümü ağırlaşması qeydə alınmayıb

 

Həkim qeyd edib ki, əllərin sabunla yuyulması infeksion xəstəliklərdən 50 faizə qədər qoruya bilir. Bundan əlavə, maska taxmaqsosial məsafə saxlamaq insanları COVID-19-la yanaşı, digər respirator virus infeksiyalardan da qoruyur: "Xəstəliyə gənclər də, orta yaşlılar da, yaşlılar da yoluxa bilərlər. Uşaqların virusa yoluxmaması haqqında informasiya yanlışdır, lakin onlarda xəstəliyin gedişatı yüngül olur. İndiyə qədər Azərbaycanda COVID-19-la əlaqədar uşaq ölümü və ağırlaşması qeydə alınmayıb. Uşaqlar xəstəliyi yüngül keçirsələr də, onun daşıyıcısı ola bilirlər. Virus artıb çoxalmaq üçün orqanizmdə müəyyən hüceyrələrdən, yəni reseptorlardan istifadə edir. Uşaqların xəstəliyi yüngül formada keçirməsi onlarda həmin reseptorların inkişaf etməməsi, immun sisteminin tam formalaşmaması və virusa lazım olan bağlanma yerlərinin olmaması ilə əlaqəlidir”.

Mütəxəssislərin də qeyd etdiyi kimi, pandemiyanın tələbi olan sosial məsafəni saxlamaqla, maska taxmaqlagigiyena şərtlərinə əməl etməklə koronavirusa yoluxma təhlükəsindən qoruna bilərik. Elə bu üç sadə qaydaya əməl etmək sayəsində COVID-19-un yoluxma zəncirini qıra və karantin rejimindən birdəfəlik qurtula bilərik.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.-1 senryabr.- S.1; 5.