Misirin informasiya agentliyi Azərbaycan Prezidentinin modul tipli növbəti hospitalın açılışındakı çıxışını yayıb

 

MisirinAsiaelyouminformasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin modul tipli növbəti hospitalın açılışında videoformatda iştirakı haqqında xəbəri və onun çıxışını yayıb.

AZƏRTAC-ın materiallarına istinadla yayılan xəbərdə misirli oxuculara dövlətimizin başçısının çıxışında yer almış Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilir. Qeyd edilir ki, Prezident İlham Əliyev hazırda COVID xəstələri üçün 46 xəstəxananın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilib. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb, həmçinin ölkədə 900 mindən çox test keçirilib.

 

Azərbaycan.- 2020.-2 sentyabr.- S.2.