The Baltic Course” jurnalı Prezident İlham Əliyevin modul tipli hospitalın açılışındakı çıxışından bəzi məqamları dərc edib

 

The Baltic Courseonlayn jurnalında Azərbaycan Prezidenti İlham Əliyevin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışındakı çıxışından bəzi məqamların yer aldığı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə pandemiyanın ilk günlərindən bəri insanların sağlamlığının Azərbaycanın rəhbərliyi üçün prioritet məsələ olduğubütün səylərin bu məsələnin həllinə istiqamətləndiyi qeyd edilir.

Məqalədə Prezident İlham Əliyevin bu fikirləri yer alıb: “Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir”.

Yazıda, həmçinin dövlət başçısının koronavirus əleyhinə peyvəndin Azərbaycana gətirilməsi ilə bağlı fikirlərinə yer verilib: “Biz hazırda bir neçə şirkətlə COVİD-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb”.

 

Azərbaycan.- 2020.-2 sentyabr.- S.2.