Həştərxan Dövlət Universitetində fəxri
professorların portretləri qalereyası açılıb
Azərbaycan Prezidenti
İlham Əliyevin portreti qalereyada xüsusi yer tutur
Həştərxan Dövlət Universitetində
(HDU) fəxri professorların
portretləri qalereyası
açılıb.
AZƏRTAC xəbər
verir ki, qalereyada Azərbaycan Prezidenti İlham Əliyevin portreti xüsusi yer tutur. Azərbaycan dövlətinin
başçısına HDU-nun Fəxri professoru adı 2016-cı ildə bu ali məktəbin Elmi şurasının qərarı
ilə verilib.
Portretləri qalereyanı
bəzəyən doqquz
fəxri professor arasında
Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill, ABŞ-ın Klark Universitetinin
nümayəndələri Con Basset və Tomas Messi, HDU-nun qocaman müəllimləri,
siyasi və ictimai xadimlər var.
Bu layihə
Həştərxan Dövlət
Universiteti ilə rəssam Boris Medvedevin əməkdaşlığı sayəsində həyata keçirilib. Layihənin davam etdirilməsi
və qalereyaya digər fəxri professorların portretlərinin
də əlavə edilməsi nəzərdə
tutulur.
Xatırladaq ki, hazırda bu universitetin qırxdan çox fəxri professoru var.
Azərbaycan.- 2020.-3 sentyabr.- S.2.