Ağsu, Şamaxı,
Şabran və Yevlax rayonlarında əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılmasına
və əhalinin içməli suya tələbatının ödənilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarının əhalisi
42678 nəfər olan
16 yaşayış məntəqəsində
(siyahı əlavə
olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi
üçün 17 ədəd
subartezian quyusunun layihələndirilməsi və
qazılması məqsədilə
"Azərbaycan Respublikasının
2020-ci il dövlət
büdcəsində dövlət
əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün
nəzərdə tutulan
vəsaitin bölgüsü”ndə
Azərbaycanın rayonlarında
su təchizatının
yaxşılaşdırılması məqsədilə subartezian
quyularının qazılması
üçün göstərilmiş
vəsaitin 1,19 milyon (bir milyon bir
yüz doxsan min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 sentyabr 2020-ci il
Azərbaycan.- 2020.-3 sentyabr.- S.3.