“Azərbaycan Respublikası Nazirlər
Kabinetinin iş
qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikası
Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi
və Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının
Nazirlər Kabineti Aparatının strukturunun
təsdiq edilməsi haqqında” 2017-ci il 23 avqust tarixli 1583 nömrəli və 2018-ci
il 17 may tarixli 76 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 21 noyabr tarixli 860 nömrəli Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
"Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin iş qaydası”nın və
"Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 10
oktyabr tarixli 1627 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 10, maddə 1794) aşağıdakı
dəyişikliklər edilsin:
1. Həmin
Fərmanla təsdiq edilmiş "Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin iş qaydası” üzrə:
1.1. 1.4-cü bənddən
", bir qayda olaraq,” sözləri çıxarılsın;
1.2. 1.7-ci bəndə
"publik hüquqi şəxslərə” sözlərindən
sonra ", qeyri-kommersiya
hüquqi şəxslərinə”
sözləri əlavə
edilsin;
1.3. 1.8-ci bəndin
birinci cümləsinə
"Nazirlər Kabineti”
sözlərindən sonra
"Azərbaycan Respublikası
qanunlarının,” sözləri
əlavə edilsin;
1.4. 2.1-ci bənddən
", müşavirələrin” sözü çıxarılsın;
1.5. 3.3-cü bəndin
birinci cümləsinə
birinci halda "Nazirlər Kabinetinin” sözlərindən əvvəl
"iclasda iştirak edəcək” sözləri
əlavə edilsin;
1.6. 3.5-ci bəndə
aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin və ikinci - üçüncü cümlələr
müvafiq olaraq üçüncü - dördüncü
cümlələr hesab
edilsin:
"Azərbaycan
Respublikası Prezidentinin
sədrlik etdiyi hallar istisna olmaqla, Nazirlər Kabinetinin iclasında gündəlikdəki məsələyə
aidiyyəti olan Nazirlər Kabinetinin üzvləri iştirak edirlər.”;
1.7. 3.9-cu bənddə
"Nazirlər Kabineti”
sözləri "Nazirlər
Kabinetinin, bu Qaydanın 3.5-ci bəndi nəzərə alınmaqla
iclasda iştirak edəcək” sözləri
ilə əvəz edilsin;
1.8. 3.10-cu bəndin
birinci cümləsinə
"iclasında” sözündən
sonra "iştirak edən” sözləri əlavə edilsin;
1.9. 3.19-cu bəndə
"tapşırığı ilə” sözündən
sonra "və ya Baş Nazirin
təşəbbüsü ilə” sözləri əlavə edilsin;
1.10. 5.1-ci bəndə
"icrasının təşkili”
sözlərindən sonra
", həmçinin Nazirlər
Kabinetinin aktlarının,
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının qanunlarına
və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğunlaşdırılması”
sözləri, "rəhbərinə,”
sözündən sonra
"Nazirlər Kabineti
Aparatının struktur
bölmələrinin rəhbərlərinə,”
sözləri əlavə
edilsin;
1.11. 5.11-ci bəndin
birinci cümləsinə
"orqanın” sözündən
sonra "(qurumun)” sözü əlavə olunsun və həmin bəndə aşağıdakı məzmunda
üçüncü cümlə
əlavə edilsin:
"Tapşırığın
icrası ilə bağlı icraçılar
arasında fikir ayrılığı olduqda,
bu Əsasnamənin
6.4 - 6.7-ci bəndlərinin müddəaları tətbiq
edilir.”;
1.12. 5.12-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
"5.12. Azərbaycan
Respublikası Prezidentinin
Nazirlər Kabinetinə
verdiyi tapşırığın
icrası ilə bağlı Baş Nazir və ya
onun müavinləri tərəfindən müəyyən
edilən əsas icraçı hazırladığı
təklifləri həmin
tapşırığın icrası məqsədilə
Nazirlər Kabinetinin qəbul etdiyi aktlarda, habelə Baş Nazir və ya onun
müavinlərinin müəyyən
etdiyi icra müddətində Baş
Nazirə və ya onun müavinlərinə
təqdim edir.”;
1.13. 6.5-ci bənddə
"və dövlətin
hüquqi şəxsinin
(şəxslərinin) nümayəndələrinin”
sözləri ", dövlətin
hüquqi şəxsinin
(şəxslərinin) və
digər aidiyyəti qurumların rəhbərlərinin
(müavinlərinin) və
ya nümayəndələrinin”
sözləri ilə əvəz edilsin;
1.14. 6.6-cı bənddə
"bu barədə” sözlərindən sonra
"Baş Nazirin müavini və ya Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən”
sözləri əlavə
edilsin;
1.15. 7.3-cü bəndin
üçüncü cümləsində
"və qeyri-hökumət
təşkilatlarının” sözləri ", qeyri-hökumət
təşkilatlarının və digər qurumların” sözləri
ilə əvəz edilsin;
1.16. 12.2-ci bənddən
"həftənin müəyyən
günlərində” sözləri
çıxarılsın.
2. Həmin
Fərmanla təsdiq edilmiş "Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin Aparatı haqqında Əsasnamə”
üzrə:
2.1. 1.1-ci bənddə
"kateqoriyalı” sözü
"kateqoriya” sözü
ilə əvəz edilsin;
2.2. 1.3-cü bəndə
"orqanları” sözündən
sonra "və digər dövlət orqanları (qurumları)” sözləri əlavə
edilsin;
2.3. 3.0.4-cü yarımbəndə
"layihələrini” sözündən
sonra ", həmçinin
barəsində müvafiq
aktların qəbul edilməsi tələb olunmayan məsələlərlə
bağlı təklifləri”
sözləri əlavə
edilsin;
2.4. aşağıdakı
məzmunda 3.0.4-1-ci yarımbənd
əlavə edilsin:
"3.0.4-1. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin aktlarının,
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının qanunlarına
və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğunlaşdırılmasını
təmin etmək;”;
2.5. 3.0.7-ci yarımbəndə
"Prezidentinin” sözündən
sonra "Nazirlər Kabinetinə həvalə etdiyi vəzifələrin”
sözləri əlavə
edilsin;
2.6. 3.0.12-ci yarımbəndə
birinci halda "Nazirlər Kabinetinin” sözlərindən əvvəl
"iclasda iştirak edəcək” sözləri
əlavə edilsin;
2.7. 3.0.16-cı yarımbəndə
birinci halda "Azərbaycan Respublikası
Prezidentinin” sözlərindən
əvvəl "Azərbaycan
Respublikası qanunlarının,”
sözləri əlavə
edilsin;
2.8. 3.0.18-ci yarımbəndə
"maliyyə,” sözündən
sonra "hüquqi,” sözü əlavə edilsin;
2.9. 3.0.33-cü yarımbəndə
"internet saytının” sözlərindən sonra
"və sosial şəbəkələrdəki səhifələrinin” sözləri,
"saytda” sözündən
sonra "və sosial şəbəkələrdəki
səhifələrdə” sözləri
əlavə edilsin;
2.10. 4.0.3-cü yarımbəndə
"layihələrini” sözündən
sonra ", habelə barəsində müvafiq aktların qəbul edilməsi tələb olunmayan məsələlərə
dair təkliflər” sözləri əlavə
edilsin;
2.11. 4.0.5-ci yarımbəndə
"qeyri-hökumət təşkilatları”
sözlərindən əvvəl
"Baş Nazirin razılığı və
ya tapşırığı
ilə” sözləri
əlavə edilsin;
2.12. 4.0.11-ci yarımbəndə
"yaxşılaşdırılması”
sözündən sonra
"və onların təltif edilməsi” sözləri əlavə
edilsin;
2.13. 5.8-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
"5.8. Nazirlər
Kabineti Aparatının
rəhbərinin iki müavini vardır. Nazirlər
Kabineti Aparatının
rəhbərinin müavinləri
Nazirlər Kabineti Aparatının rəhbəri
tərəfindən onlara
həvalə olunmuş
vəzifələri yerinə
yetirirlər və buna görə şəxsən məsuliyyət
daşıyırlar.”;
2.14. 5.9.1-ci yarımbənddə
"müavininin” sözü
"müavinlərinin” sözü
ilə əvəz edilsin;
2.15. 5.9.5-ci yarımbəndə
"verilməsi” sözündən
sonra ", həmçinin
razılaşdırılması” sözləri əlavə
edilsin;
2.16. 5.9.7-ci yarımbənddə
"daxili strukturunu” sözləri "ştat
cədvəlini” sözləri
ilə, "habelə
ştat cədvəlini”
sözləri "təsdiq
edilmiş ştat cədvəli” sözləri
ilə əvəz edilsin;
2.17. 5.9.9-cu yarımbəndə
"Prezidentinin” sözündən
sonra "Nazirlər Kabinetinə həvalə etdiyi vəzifələrin,
habelə” sözləri
əlavə edilsin;
2.18. 5.9.12-ci yarımbənd
aşağıdakı redaksiyada
verilsin:
"5.9.12. Nazirlər
Kabineti Aparatının
struktur bölmələri
tərəfindən Baş
Nazirə və onun müavinlərinə təqdim edilən hüquqi aktların layihələrinə və
digər sənədlərə
viza verir;”;
2.19. 5.9.15-ci yarımbənd
aşağıdakı redaksiyada
verilsin:
"5.9.15. Baş
Nazirin tapşırığı,
habelə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölmələrinin müraciətləri
əsasında mərkəzi
icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, dövlətin
hüquqi şəxslərinin,
habelə digər aidiyyəti qurumların rəhbərlərinin (müavinlərinin)
və ya nümayəndələrinin iştirakı
ilə müzakirə
aparır;”;
2.20. 5.10-cu bənddə
"onun səlahiyyətlərini
Nazirlər Kabineti Aparatının rəhbərinin”
sözləri "Nazirlər
Kabineti Aparatının
rəhbərinin səlahiyyətlərini
onun müəyyən
etdiyi” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 avqust 2020-ci il
Azərbaycan.- 2020.-4 sentyabr.- S.2.