Müasir standartlara cavab
verən və 3 min tələbənin təhsil
ala biləcəyi yeni
tədris korpusu inşa
edilib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris korpusunun açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış oldular.
Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdilər.
Bildirildi
ki, tikintisinə 2018-ci ildən
başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu
köhnə binanın fasadı saxlanılmaqla inşa
edilib. Müasir kampus standartlarına cavab
verən, modern memarlıq elementləri ilə
zəngin olan yeni binada texniki və texnoloji ixtisaslar üzrə
3 min tələbə təhsil ala biləcək. Binada auditoriya, mühazirə, linqafon
otaqları, ən müasir texnologiya ilə təchiz olunan
laboratoriyalar, idman
zalı, kitabxana, böyük
və kiçik konfrans
zalları var. Burada təlim-tədrisi
yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait
yaradılıb.
Azərbaycan.- 2020.- 4 sentyabr.- S. 1; 2.