Arı bəslə
- bal tut, bar götür
İqtisadiyyatın bütün sahələrinə
zərbə vuran koronavirus pandemiyası kənd təsərrüfatından
da yan keçməyib. Bundan başqa,
cari ildə kəndli və fermerləri təbiət də sınağa çəkib. Belə ki,
əsasən quraqlıq
onlar üçün
müəyyən çətinliklər
yaradıb. Ölkə arıçılarının
da öz problemləri var. Buna baxmayaraq,
arıçılarımız yüksək məhsuldarlığa
nail olublar. Əlbəttə,
dövlətin köməyi
və dəstəyi ilə!
Aran və dağlıq bölgələrdə yaşayan
arıçıların qayğıları
bir-birindən fərqlənir. Dağ rayonlarının
arıçıları arıları
əsasən öz yaşayış yerlərində
bəsləyirlər. Aran arıçıları
isə arıların
bal toplama mövsümündə onları
başqa yerlərə,
yəni gülün-çiçəyin
daha çox olduğu ərazilərə
köçürürlər. Məsələn, Gəncə arıçıları
daha çox köçəri arıçılığa
üstünlük verirlər.
Bununla bağlı Gəncə Arıçılıq Assosiasiyasının
sədri Füzuli Verdiyevin fikirləri maraqlıdır. O qeyd edir ki, pandemiya
ilə əlaqədar
ölkədə tətbiq
olunan xüsusi karantin dövrünün
ilk günlərində arıçıların
arıxanalara gediş-gəlişində,
arı ailələrinin
müxtəlif yerlərə
daşınmasında, eləcə
də arıçıların
ehtiyacı olan və xarici ölkələrdən idxal
edilən mum, şan və digər məhsulların fermerlər
üçün əlçatanlığında
müəyyən çətinliklər
yaranmışdı.
Aran fermerləri həmçinin
havaların qeyri-sabit keçməsinin işin zərərinə olduğunu
söyləyirlər. Belə
ki, bu il yazın əvvəlində yağıntılı
günlər çox
olsa da, yay aylarında ölkə ərazisində
müşahidə edilən
quraqlıq arıçılar
üçün də
çətinlik törədib.
Onlar bal süzümünə başlayanda
isə yağış
yağmağa başlayıb.
Bu çür hava şəraiti bal süzümünün vaxtında
həyata keçirilməsini
ləngitməklə yanaşı,
arıların dərmanlanmasını,
dezinfeksiya işlərini
və qışa hazırlıq prosesini də gecikdirir.
Bütün bu çətinlikləri aradan qaldıran aran arıçıları
öz arılarını
Kür çayının
sahillərinə, dağlıq
və dağətəyi
ərazilərə köçürə
biliblər. Nəticədə
yüksək məhsuldarlığa
nail olublar.
Ölkə arıçılarına dövlət
tərəfindən hərtərəfli
dəstək göstərilir. Prezident
İlham Əliyevin
"Azərbaycan Respublikasında
arıçılığın inkişafının stimullaşdırılması
haqqında” 5 mart 2018-ci il tarixli sərəncamının icrası
çərçivəsində arıçılara hər
il subsidiyalar verilir.
Bu il Zaqatala rayonunda arıçılıqla məşğul
olan 1445 şəxs saxladığı 32 min 17 arı
ailəsinə (pətəyinə)
görə dövlət
büdcəsinin vəsaiti
hesabına 320 min 170 manat
subsidiya alacaq. Xatırladaq ki, subsidiya hər
arı ailəsinə
10 manat hesabı ilə verilir. Ötən il
Zaqatala arıçılarına
288 min 250 manat subsidiya
ödənilib.
Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin
məlumatına görə,
arıçılıq təsərrüfatlarında
olan arı ailələri Elektron Kənd Təsərrüfatı
İnformasiya Sistemində
qeydiyyata alınaraq təsdiq edilib. Yaxın vaxtlarda
arıçılara builki
subsidiyanın ödənilməsinə
başlanacaq.
Arıçılığın inkişafına
dövlət dəstəyi
nəticəsində bu
il rayonda
daha 195 yeni təsərrüfat yaradılıb
və arı ailələrinin sayı
3192-yə çatıb.
Qax rayonunun təbii iqlim şəraiti də arıçılığın
getdikcə inkişafına
imkan verir. Rayonun arıçılıq
təsərrüfatlarında olan arı ailələrinin
identikləşdirilməsi işləri başa çatıb. Monitorinqlərin
nəticələrinə əsasən,
hazırda rayonda arıçılıqla məşğul
olan 897 arıçının
təsərrüfatında 26 min 846 arı ailəsi saxlanılır. Rayonda arıçılıq təsərrüfatlarının və arı ailələrinin sayı ötən illə müqayisədə xeyli artıb. 100 yeni təsərrüfat və 5162 arı ailəsi yaradılıb.
Nazirlər Kabinetinin təsdiq etdiyi "Arıçılıqla məşğul
olan fiziki və hüquqi şəxslərə saxladıqları
hər arı ailəsinə görə
subsidiya verilməsi Qaydası”na uyğun olaraq, bu il
rayonun arıçılarına
dövlət büdcəsinin
vəsaiti hesabına
268 min 460 manat subsidiyanın
verilməsi nəzərdə
tutulur.
Ağcabədi rayonunda isə 272 arıçı 4982 arı
ailəsi saxlayır. Bu il onlara 49 min 820 manat subsidiyanın verilməsi nəzərdə
tutulur.
Ağdam rayonunda
arıçılıqla məşğul
olan 265 arıçı
saxladığı 4629 arı
ailəsinə görə
46 min 290 manat subsidiya alacaq.
Yeri gəlmişkən, bir məsələni də qeyd edək. Adətən arıçılıqla kişilər
məşğul olur.
Lakin son dövrdə qadınların
da bu peşəyə
marağının artdığı
müşahidə edilir.
Təcrübə göstərir ki,
onlar bu çətin işin öhdəsindən gələ
bilirlər.
Məsələn, Qəbələ rayonunda Leyla Hüseynova 30 ildən çoxdur arıçılıqla məşğuldur. İndi onun
yolunu Gülnar Məmmədzadə kimi gənc arıçı qızlar davam etdirir. Arıçı Qadınlar Qrupu
yarandıqdan sonra arıçı xanımlar
işdə toqladıqları
təcrübəni bölüşmək
imkanı qazanıblar.
Ümumilikdə isə hazırda Qəbələ rayonunun
600 təsərrüfatında 12 min 300 arı ailəsi bəslənir.
Bir neçə kəlmə də ölkədə balın satışı barədə. Məlum olduğu kimi, indiyədək balı
yerli sakinlərlə yanaşı, xarici turistlər də alırdı. Mövcud vəziyyətlə əlaqədar turistlərin
sayı minimuma enib. Hələlik bal sərgi-yarmarkaları da təşkil olunmur. Pandemiya ilə əlaqədar
respublika ərazisində
tətbiq olunan xüsusi karantin rejimi dövründə kafe və restoranların
fəaliyyətinin dayandırılması,
yaxud geniş şəbəkədə fəaliyyət
göstərməməsi balın
satışında da
məhdudiyyət yaradıb.
Lakin bu əvəzsiz nemətin alıcıları yenə
də az
deyil. Pandemiya zamanı insanların
immunitetini artıran məhsul kimi bala böyük üstünlük verilir.
Bu da balın
pərakəndə satışının
genişlənməsinə, yəni fərdi alıcılarının sayının
çoxalmasına səbəb
olub.
Beləliklə, bal alın, arıların Azərbaycanın ən ətirli çiçəklərindən,
ən faydalı bitkilərindən topladığı,
xalqın "min bir dərdin dərmanı” adlandırdığı bu
məhsuldan bol-bol dadın - azar-bezar sizdən uzaq olsun!
Flora SADIQLI
Azərbaycan.-
2020.- 4 sentyabr.- S.5.