İqtisadiyyat nazirinin Dünya Bankının regional direktoru ilə görüşü olub

 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə videokonfrans formatda görüşü keçirilib.

Görüşdə Dünya Bankının Cənubi Qafqaz üzrə meneceri xanım Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edən İqtisadiyyat naziri qarşılıqlı əməkdaşlığın uğurlu olacağına əminliyini vurğulayıb. Qeyd edilib ki, ölkəmiz Dünya Bankı ilə əlaqələrə böyük önəm verir. Hazırda Azərbaycanda Dünya Bankının 4 kredit 18 texniki yardım layihəsi icra olunur. Koronavirus (COVID-19) pandemiyasından irəli gələn çətinliklər pandemiyanın sosial-iqtisadi təsirlərini minimallaşdırmaq üçün Dünya Bankı tərəfindən göstərilən dəstək tədbirləri yüksək qiymətləndirilir. Bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Dünya Bankının Avropa Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Bjerde arasında keçirilmiş görüş zamanı bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Qısa orta müddətli dövr üçün ölkəmizin inkişaf prioritetlərinə dair fikirlərini bölüşən Mikayıl Cabbarov iqtisadi islahatlar struktur dəyişiklikləri, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı rəqabətqabiliyyətliliyinin artırılması tədbirləri barədə məlumat verib.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda aparılan islahatların Bank tərəfindən dəstəkləndiyini, bir sıra sahələrdə təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Dünya Bankı ilə əməkdaşlığın inkişaf istiqamətləri islahatlara dəstək barədə müzakirələr aparılıb.

 

Azərbaycan.- 2020.- 4 sentyabr.- S.5.