BMT İlham Əliyevin qlobal təşəbbüslərini təqdir edir
Prezidentin pandemiya ilə mübarizədə
xüsusi sessiyanın keçirilməsi təklifi
ümumi öhdəliyi səfərbər
etmək baxımından etibarlı platforma
hesab olunur
"Biz Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana bu çox mühüm sessiyanın keçirilməsinə təkid etdiyi üçün, BMT Baş Assambleyasına isə sessiyanın keçirilməsinə razılıq verdiyi üçün minnətdarıq. Baş Assambleyanın pandemiyaya həsr olunan xüsusi sessiya keçirməsi ilə bağlı təklif COVID-19-a qarşı qlobal öhdəliyi səfərbər etmək baxımından etibarlı platformadır”.
Bu sözləri BMT Baş Assambleyasının sədri Ticcani Məhəmməd-Bande Baş Assambleyanın COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş 31-ci xüsusi sessiyasının təfərrüatları üzrə qətnamə layihəsi ilə əlaqədar keçirilən ilk qeyri-rəsmi məsləhətləşmə zamanı bildirib.
İlham Əliyevin həmrəylik
çağırışı
Ticcani Məhəmməd-Bandenin sözlərinə görə, təşkilatın koordinatorları bəzi üzv dövlətlərin əməkdaşlığı və dəstəyi ilə danışıqlar üçün möhkəm zəmin yaradan mühüm layihə hazırlayıblar. Ona görə də hesab edilir ki, xüsusi sessiya daha çox sayda dünya liderlərinin pandemiyaya nəticəyönümlü reaksiya verməsinə şərait yaradacaq. Bu isə, öz növbəsində, pandemiyaya və onun insanların həyatına və həyat şəraitinə mənfi təsirlərinin azaldılmasına qarşı mübarizədə Baş Assambleyanın qlobal bir tərəfdaş kimi rolunu daha da gücləndirəcək. Həmçinin xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi üçün gözəl imkan olacaq. Ticcani Məhəmməd-Bande vurğulayıb ki, mövcud vəziyyət COVID-19 virusuna qalib gəlmək üçün birlikdə işləməyi və çoxtərəfli əməkdaşlığı gücləndirməyi zəruri edir.
Əlbəttə ki, BMT Baş Assambleyasının sədri Ticcani Məhəmməd-Bandenin minnətdar olduğu siyasətçilər sırasında Azərbaycan Prezidenti cənab İlham Əliyev də var. Çünki cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi hələ aylar öncə bu təşəbbüslə çıxış etmişdi.
Öncə onu vurğulayaq ki, məhz dünyanın yeni çağırışlarla üz-üzə qaldığı dönəmdə cənab İlham Əliyev çox əhəmiyyətli təşəbbüslər və ideyalarla çıxış edib, mühüm praktik addımlar atıb. Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də təşkilatın Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak ediblər.
Cənab İlham Əliyev zirvə görüşündə xüsusi əhəmiyyət daşıyan çağırışlar etdi və mesajlar verdi. Qeyd etdi ki, belə çətin gündə özünə qapanmaq lazım deyil, cəsarət toplayaraq irəli baxmaq, vəziyyətdən çıxış yolları axtarmaq lazımdır.
Dövlət başçısı çəkinmədən şəxsi nümunə göstərərək, səyləri birləşdirməyə çağırdı. Bildirdi ki, ağır durumda olan ölkələrə humanitar yardım göstərilməlidir və həmin humanitar yardım göstərildi də. Respublikamız pandemiya ilə mübarizədə qlobal həmrəylik nümayiş etdirərək ÜST-ə 10 milyon dollar həcmində könüllü ianə ayırdı və üstəlik, 30-dan artıq dövlətə humanitar yardım göndərdi.
Cənab İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Bundan sonra təklif Nyu Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırıldı. Tezliklə BMT üzvü olan 130 dövlət də bu təşəbbüsü alqışladı. Xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlandı. Heç şübhəsiz, BMT-nin 130-dək üzv dövləti tərəfindən bu təşəbbüsün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti göstəricisidir. Ən mühüm məqamlardan biri odur ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə etdi.
Azərbaycana olan etimadın daha bir bariz nümunəsi
Prezident İlham Əliyevin bu təklifinin öncə BMT-nin Baş Katibi Antonio Quterreş, sonra isə Baş Assambleyanın sədri Ticcani Məhəmməd-Bande
tərəfindən təqdir
olunması əlbəttə
ki, qürurvericidir. Çünki koronavirus pandemiyasının
müşahidə edildiyi
ilk zamanlarda Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik
təşəbbüslər ortaya qoyulub, regional və beynəlxalq səviyyədə resursların
səfərbər olunması
zərurəti dünya
ictimaiyyətinin diqqətinə
çatdırılıb. Bu mütərəqqi ideya və təşəbbüslərin
beynəlxalq səviyyədə
böyük maraqla və rəğbətlə
qarşılanması isə
Azərbaycana olan inam və etimadın
daha bir bariz nümunəsidir.
Azərbaycanın dünyada müstəqil siyasət yürüdən,
qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər
sisteminə öz baxışı olan bir dövlət kimi tanınması ölkəmizin nüfuzunun
yüksəlməsini, ikitərəfli
və çoxtərəfli
əlaqələrin möhkəmləndirilməsini
təmin edib.
Azərbaycan Prezidenti təkcə bütün regional məsələlərdə
deyil, mahiyyətindən
asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal
miqyasında beynəlxalq
həmrəyliyin və
əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində
mühüm nümunədir.
Bu da onu göstərir ki, son 17 ildə Azərbaycanda həyata keçirilən
mühüm tədbirlər
beynəlxalq birliyin Azərbaycana inamının,
etimadının təzahürü,
ölkəmizin və
cənab İlham Əliyevin qlobal miqyasda nüfuzunun göstəricisidir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2020.- 5 sentyabr.- S.1; 3.