Beynəlxalq Sosial Təminat
Assosiasiyası Azərbaycanda sosial sahədə
aparılan islahatları, əldə olunan
uğurlu nəticələri yüksək
dəyərləndirir
Son illərdə özünüməşğulluq proqramı çərçivəsində 4 min nəfər əlilliyi olan şəxs öz ailə təsərrüfatlarını yaradıb. Bu istiqamətdə, həmçinin əlilliyi olan şəxslərin əmək bazarına və kiçik biznesə çıxış imkanlarının artırılması, onlar üçün xüsusiləşdirilmiş peşəyönümü testləri, müasir modul təlim proqramları və peşə standartlarının hazırlanması məqsədilə işlər davam etdirilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Prezidenti Yoakim Bröyer ilə videoformatda görüşündə bildirib.
Azərbaycanda aparılan siyasətin əsas xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayan nazir Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan son islahatları, e-texnologiyaların bu sahədə geniş tətbiqi işlərini diqqətə çatdırıb. DOST layihəsi, sosial ödənişlərdə artım dinamikası, pandemiya dövründə reallaşdırılan iqtisadi-sosial dəstək tədbirləri barədə məlumat verib. Bu tədbirlər sırasında sosial təminat növləri üzrə ödənişlərin davamlılığının da təmin edildiyini bildirib.
S.Babayev pandemiya dövründə sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahəsində görülən işləri də qeyd edib. Əlilliyi olan şəxslərin peşə əmək reabilitasiyası məqsədilə görülən tədbirləri diqqətə çatdırıb. Nazir ötən dövrdə BSTA ilə müsbət əməkdaşlıq təcrübəsindən bəhs edərək, gələcəkdə bu təcrübənin uğurla davam edəcəyinə əminlik ifadə edib.
Y.Bröyer BSTA-nın Azərbaycanda sosial sahədə aparılan islahatları, əldə olunan uğurlu nəticələri yüksək dəyərləndirdiyini vurğulayıb. O, pandemiya dövründə sosial təminatın əhalinin rifahında önəminin daha aydın şəkildə özünü göstərdiyini deyib. Ölkəmizdə də bu sahəyə xüsusi diqqət göstərilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Y.Bröyer həmçinin ölkəmizin islahatlar prosesində BSTA ilə mütəmadi əməkdaşlığını yüksək qiymətləndirib.
Görüşdə ötən ilin
may ayında BSTA-nın Avropa
Regional Forumunun
Bakıda yüksək səviyyədə keçirilməsindən
razılıq ifadə olunub. Həmçinin Azərbaycanın dörd
layihəsinin (özünüməşğulluq proqramı,
ünvanlı sosial yardım və əlillik
təyinatıü zrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun
aradan qaldırılması tədbirləri) BSTA-nın xüsusi
mükafat və təltiflərə layiq görülməsindən bəhs olunub. Bu layihələr
üzrə davam edən işlər qeyd edilib.
Azərbaycan.-
2020.- 5 sentyabr.- S. 2.