Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Təhsil Nazirliyi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 1
mart tarixli 203 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 3, maddə
161, ¹ 12, maddə 1102; 2007, ¹ 10, maddə 947; 2008, ¹ 11, maddə
970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə
85; 2012, ¹ 4, maddə 291, ¹ 6, maddə 531, ¹ 9, maddə 854;
2016, ¹ 11, maddə 1805; 2017, ¹ 7, maddə 1355, ¹ 12 (I kitab), maddə 2312; 2019, ¹ 3, maddə
403, ¹ 5, maddə 848, ¹ 11, maddə
1718; Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli və 30 iyul tarixli 1115 nömrəli fərmanları)
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1. 5-ci hissə aşağıdakı redaksiyada
verilsin:
"5. Nazirliyin saxlanılması xərcləri
və fəaliyyəti
Azərbaycan Respublikasının
dövlət büdcəsi
və qanunla nəzərdə tutulan digər mənbələr
hesabına maliyyələşdirilir.”;
2. aşağıdakı
məzmunda 13.4-1-ci və
13.4-2-ci bəndlər əlavə
edilsin:
"13.4-1. Nazirliyə
aid edilmiş məsələlər
üzrə müvafiq
il üçün dövlət büdcəsinin
və büdcədənkənar
fondların formalaşdırılması
ilə bağlı təkliflər verir;
13.4-2. dövlət
büdcəsindən ayrılan
vəsaitin, büdcədənkənar
xüsusi vəsaitin sərəncamçısı olmaqla,
maliyyə vəsaitini
bölüşdürür, ayrılmış vəsaitin
həddi nəzərə
alınmaqla, işçilərin
vəzifə maaşlarına
əlavələrin, maddi
yardım və mükafatların verilməsini
təmin edir;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 sentyabr 2020-ci il
Azərbaycan.-
2020.-6 sentyabr.- S.2.