Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi
reyestrləri, onların tərtib edilməsi və
aparılması Qaydaları”nın təsdiq edilməsi barədə”
2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 24 may tarixli
1420 nömrəli və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və
“Daşınar əmlakın yüklülüyünün
dövlət reyestrindən istifadə haqqının məbləği”nin
təsdiq edilməsi haqqında” 2018-ci il
29 mart tarixli 1901
nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 4, maddə
326; 2008, ¹ 6, maddə 495, ¹ 11, maddələr 969, 980; 2013, ¹ 6, maddə
656; 2014, ¹ 10, maddə 1176; 2016, ¹ 2 (II kitab), maddə 243, ¹ 3, maddə 457, ¹ 8, maddə
1376; 2017, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddə 208, ¹ 9, maddə
1840) ilə təsdiq edilmiş "Daşınar
əmlakın rəsmi
reyestrlərində qeydiyyata
alınan əmlak növlərinin və onların qeydiyyatını
aparan inzibati orqanların Siyahısı”nın
8-ci hissəsi ləğv
edilsin və həmin Siyahının
"Qeyd”indən "8,” rəqəmi
çıxarılsın.
2. "Daşınar
əmlakın yüklülüyü
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
2 may tarixli 667-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 24 may tarixli
1420 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 5, maddə 824) 2.3-cü bəndində "Azərbaycan
Respublikasının Maliyyə
Bazarlarına Nəzarət
Palatası” sözləri
"Azərbaycan Respublikasının
Mərkəzi Bankı”
sözləri ilə əvəz edilsin.
3. "Daşınar
əmlakın yüklülüyünün
dövlət reyestrinin
aparılması Qaydaları”nın
və "Daşınar
əmlakın yüklülüyünün
dövlət reyestrindən
istifadə haqqının
məbləği”nin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 29
mart tarixli 1901 nömrəli
Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 3, maddə
451; 2019, ¹ 1, maddə 82, ¹ 4, maddə 659) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 4-cü hissədə
"Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına
Nəzarət Palatası”
sözləri "Azərbaycan
Respublikasının Mərkəzi
Bankı” sözləri
ilə əvəz edilsin;
3.2. həmin
Fərmanla təsdiq edilmiş "Daşınar
əmlakın yüklülüyünün
dövlət reyestrinin
aparılması Qaydaları”
üzrə:
3.2.1. 1.4.1-ci yarımbənddə
və 2.6-cı bənddə
"Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına
Nəzarət Palatası”
sözləri "Azərbaycan
Respublikasının Mərkəzi
Bankı” sözləri
ilə əvəz edilsin;
3.2.2. 11.2-ci bənddə
"Azərbaycan Respublikası
Maliyyə Bazarlarına
Nəzarət Palatasının”
sözləri "Azərbaycan
Respublikası Mərkəzi
Bankının” sözləri
ilə əvəz edilsin və həmin bənddən
"İdarə Heyəti”
sözləri çıxarılsın;
3.3. həmin
Fərmanla təsdiq edilmiş "Daşınar
əmlakın yüklülüyünün
dövlət reyestrindən
istifadə haqqının
məbləği” üzrə:
3.3.1. 1-ci abzasda
"10 (on)” rəqəm və
sözü "2 (iki)”
rəqəm və sözü ilə əvəz edilsin;
3.3.2. 2-ci və
3-cü abzaslarda "6 (altı)”
rəqəm və sözü "1 (bir)” rəqəm və sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 sentyabr 2020-ci il
Azərbaycan.- 2020.-6 sentyabr.-
S.2.