Müdafiə naziri “Tank
biatlonu” müsabiqəsinin final
mərhələsini izləyib
Azərbaycan Respublikasının
Müdafiə naziri general-polkovnik Zakir Həsənov
sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi
poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final
mərhələsini izləyib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən Ordu.az-a verilən məlumata görə,
final yarışlarında birinci divizionda Rusiya, Belarus və
Çin komandaları ilə mübarizə aparan Azərbaycan
tankçıları uğurlu çıxış edib.
Azərbaycan.-
2020.-6 sentyabr.- S.2.