Azərbaycan-Pakistan parlament
sədrlərinin videokonfrans
formatında görüşü
olub
Sentyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarovanın Pakistan İslam
Respublikası Senatının
Sədri Məhəmməd
Sadiq Sancrani ilə videokonfrans formatında görüşü
keçirilib. Bu barədə
AZƏRTAC-a parlamentin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
məlumat verilib.
Görüş təşəbbüsü
üçün Pakistan Senatının
Sədrinə təşəkkürünü
bildirən Sahibə Qafarova bildirib ki, bu, Milli
Məclisin Sədri vəzifəsinə seçiləndən
sonra xarici həmkarı ilə videokonfrans formatında ilk
görüşüdür. Spiker xatırladıb ki, Azərbaycanla Pakistan arasında
diplomatik münasibətlər
1992-ci ildə yaradılıb,
1993-cü ildə Pakistanın
Azərbaycanda, 1997-ci ildə
isə Azərbaycanın
Pakistanda səfirliyi fəaliyyətə başlayıb.
Sahibə Qafarova ölkələrimizin dost və
qardaşlıq münasibətlərindən
söz açaraq, beynəlxalq arenada Pakistanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində
ölkəmizə verdiyi
daimi dəstəyə
və işğalçı
Ermənistanı dövlət
olaraq tanımadığına
görə təşəkkürünü
bildirib. Sədr
2013-cü ildə Pakistan Senatının
Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən bəyanat
verməsini, 2012-ci ildə
Senatın Beynəlxalq
münasibətlər komitəsinin,
2017-ci ildə isə
Pakistan Milli Assambleyasının
Xarici əlaqələr
üzrə daimi komitəsinin Xocalı soyqırımına dair qətnamələr qəbul
etməsini məmnuniyyətlə
xatırlayıb.
Sahibə Qafarova Azərbaycanın həmişə Pakistanın
yanında olduğunu və ölkəmizin Kəşmir probleminin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll edilməsini dəstəklədiyini
diqqətə çatdırıb.
Pakistan Senatının
Sədri Məhəmməd
Sadiq Sancrani görüş təklifini
qəbul etdiyinə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib. Senatın Sədri Prezident
İlham Əliyevə
pandemiya dövründə
Pakistana Azərbaycan tərəfindən göstərilən
1 milyon dollar məbləğində
yardıma görə
təşəkkür edib.
O qeyd edib ki, hər
iki ölkənin parlamentində qarşılıqlı
işçi qrupları
fəaliyyət göstərir
və parlamentlərarası
əlaqələrin inkişafında
yaxından iştirak edirlər. Pakistan Senatının sədri
2018-ci ildə ölkəmizin
müstəqilliyinin 100 illik
yubileyi ilə bağlı tədbirlərdə
iştirak etmək üçün Azərbaycanda
olduğunu deyib və pandemiyadan sonra qarşılıqlı
səfərlərin intensivliyinin
artırılmasının vacibliyini vurğulayıb.
O bildirib ki, Pakistan da həmişə Azərbaycanın yanındadır
və hər zaman olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin
BMT-nin qəbul etdiyi qətnamələr əsasında həllini dəstəkləyir.
Parlament sədrləri bir-birini pandemiyadan sonra öz ölkələrinə
səfərə dəvət
ediblər.
Azərbaycan.-
2020.-6 sentyabr.- S.2.