İlham Əliyev Azərbaycanın dayanıqlı enerji təminatını yaradıb

 

Prezidentin reallaşdırdığı layihələrlə ölkəmizin elektroenergetika sahəsi yüksəliş dövrünü yaşayır

 

Bir vaxtlar böyük imkanlara sahib olduğu halda özünü elektrik enerjisi ilə təmin edə bilməyən, şəhər və rayonlarını, hətta paytaxt Bakını idxal etdiyi enerji ilə fasilələrlə təmin edən Azərbaycan bu gün öz daxili tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisi ixrac edən ölkəyə çevrilib.

Bu gün Azərbaycan qonşu dövlətlərə - Rusiya, İranGürcüstana, o cümlədən Gürcüstan üzərindən Türkiyəyə və oradan da Avropa bazarına enerji ixrac edə bilir. Hazırda Azərbaycanın enerji sisteminin ümumi generasiya gücü təqribən 7 min meqavat təşkil edir ki, onun da yarısı son 17 il ərzində yaradılıb.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın elektrik təsərrüfatı yüksək səviyyədə inkişaf edibbu gün ən ucqar, çətin relyefli yaşayış məkanlarımızda belə dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı var. Bu uğurların nəticəsidir ki, Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdə qərarlaşıb.

 

Elektroenergetika sahəsində növbəti mühüm layihə

 

Təbii ki, bunlar cənab İlham Əliyevin elektroenergetika sahəsinə olan yüksək qayğısının və həyata keçirdiyi uğurlu islahatların nəticəsidir.

Lakin elektroenergetika sektorunun daim inkişaf edən sahə olduğunu, əhalinin artım tempini, sənayeləşmə prosesini nəzərə alaraq sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi və onun vaxtında qarşılanması konkret vəzifə olaraq qarşıya qoyulub. Ona görə də bununla bağlı müxtəlif layihələrin icrasına başlanılıb.

Avqustun 21-də Prezident İlham Əliyevin təməlini qoyduğu 385 meqavat gücündə "QobuElektrik Stansiyasının generasiya mənbəyi olaraq yaradılması da qarşıya qoyulan mühüm vəzifənin əsas komponentlərindəndir. Bu, əlbəttə ki, ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım hesab olunur.

Bu stansiyanın tikintisi yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq "Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. "Qobu” layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər.

2022-ci ilin əvvəlində tam istifadəyə veriləcəyi nəzərdə tutulan "QobuElektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb.

 

İtkilər də, qəzaların fəsadları da azalacaq, enerji potensialı güclənəcək

 

Təməlqoyma mərasimində bu layihəni Azərbaycanın enerji potensialının gücləndirilməsi istiqamətində çox önəmli addım adlandıran cənab İlham Əliyev vurğuladı ki, generasiya gücü 385 meqavat olan stansiya ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq.

Stansiyanın ümumi əhəmiyyətini dəyərləndirən Prezident dedi ki, bu layihənin timsalında müasir Azərbaycanın ümumi inkişafı özünü göstərir: "Stansiya bütün beynəlxalq ekoloji standartlara tam cavab verir. Ona görə ekoloji baxımdan stansiyanın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Burada şərti yanacağın sərfiyyatı da aşağı səviyyədədir - 260 qram. Energetiklər bilirlər ki, bu, çox aşağı səviyyədir. Bütövlükdə son illərdə görülmüş işlər nəticəsində enerji sistemində şərti yanacağın sərfiyyatı aşağı düşməkdədir. Eyni zamanda itkilər də azalır. İtkilərin azalmasına gəldikdə, bu stansiyanın əhəmiyyəti ondadır ki, o, Bakının və Abşeron yarımadasının "Mingəçevir” İstilik Elektrik Stansiyasından asılılığını aşağı salacaq və beləliklə, itkilər azalacaq”. Bu stansiyanın fəaliyyətə başlaması ilə həm də mümkün olan qəzaların fəsadları azalacaq.

Göründüyü kimi, yeni generasiya güclərinin yaradılması ölkəmizin ümumi inkişafının real təzahürüdür. Prezidentin də söylədiyi kimi, enerji sisteminin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır.

İnfrastruktur layihələri arasında elektrik stansiyalarının tikintisi xüsusi yer tutur.

Bir sözlə, "QobuElektrik Stansiyası ölkənin ümumi enerji potensialını gücləndirəcək, ixrac imkanlarını genişləndirəcək və eyni zamanda bundan sonra daxili tələbatı təmin edəcək.

 

Böhran şəraitində qeyri-neft sənayesində 13 faiz artım

 

Həyata keçirilən uğurlu layihələr hesabına bu gün Azərbaycanın güclü ixrac potensialı yaranıb. Daxili tələbatın artmasına baxmayaraq, ölkənin ixrac potensialı ildən-ilə artır.

Prezident həmçinin qlobal böhran dövründə ölkənin iqtisadi imkanlarını, sənaye potensialını da dəyərləndirdi. Bəlli oldu ki, son illər Azərbaycanın sənaye istehsalında artım mövcuddur və hətta bu il qeyri-neft sektorunda olan artım sevindiricidir.

Bu gün qlobal böhranın hətta inkişaf etmiş ölkələrin iqtisadiyyatına mənfi təsiri fonunda iqtisadi tənəzzül 10-20 faiz səviyyəsindədir. Azərbaycanda isə bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir. Ölkə iqtisadiyyatı cəmi 2,8 faiz azalıb. Cənab İlham Əliyevin də söylədiyi kimi, nəzərə almalıyıq ki, neftin qiyməti düşübbu, ölkənin iqtisadi inkişafına mənfi təsir göstərir. Eyni zamanda OPEC+ razılaşması nəticəsində hasilat da bir qədər azalıb. Ancaq 7 ayda sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesindəki 13 faiz artım ölkə reallığını əks etdirir.

Məhz bu artımlar, Prezident İlham Əliyevin iqtisadi strategiyasının Azərbaycana qazandırdığı iqtisadi dividendlər gələcəkdə də müasir elektrik stansiyalarının tikintisi üçün real zəmin yaradır.

 

İlham Əliyev xariciyerli investorları İES tikintisinə dəvət etdi

 

Son vaxtlar Azərbaycanda bərpaolunan enerji növlərinə çox böyük əhəmiyyət verilir. Prezidentbu istiqamətdə dövlətin böyük planlarının olduğunu söylədi. Eyni zamanda bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır.

Belə ki, ilin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanıb. İlin sonuna qədər bütün sənədlərin imzalanmasının başa çatacağı və stansiyaların tikintisinə start veriləcəyi gözlənilir.

Dövlət başçısının söylədiyi kimi, 440 meqavat gücündə bərpaolunan enerji növlərinin yaradılması, özü də dövlətimiz tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması ölkəmizə olan inamın, eləcə də Azərbaycanın sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür: "Hazırda bizim Energetika Nazirliyi dünyanın bir neçə ən böyük enerji şirkəti ilə danışıqlar aparır. Biz bu şirkətlərlə bərpaolunan yeni Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar danışıqları apararkən hesab edirik ki, istədiyimizə nail olacağıq və xarici investisiyalar bu sahəyə daha böyük həcmdə gələcəkdir”.

Prezident həmçinin yerlixarici şirkətlərə mesaj ünvanladı. Bildirdi ki, Azərbaycan dövləti ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərini davam etdirmək əzmindədir. Ona görə də dövlət xariciyerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edir. O cümlədən investorlar su elektrik stansiyalarının və digər bərpaolunan enerji stansiyalarının tikintisinə də cəlb ediləcəklər: "Əgər belə maraq olarsa, hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər. Çünki bu gün Azərbaycanda investisiya qoyuluşu sahəsində çox böyük işlər görülür, Azərbaycanda biznes mühiti yaxşılaşır. "Doing Business” proqramında biz tarixi nailiyyətlərə çata bilmişik. Dünya Bankı tərəfindən hazırlanan bu reytinq cədvəlində Azərbaycan artıq qabaqcıl yerlərdədir. Eyni zamanda biz dayanıqlı inkişaf baxımından çox böyük irəliləyişə nail ola bilmişik. BMT-nin Dayanıqlı İnkişaf İndeksinə görə, biz ildən-ilə mövqeyimizi yaxşılaşdırırıq. Ona görə Azərbaycan bu gün xarici sərmayələr üçün çox cəlbedici ölkə olaraq qalır və bu sahə - elektroenergetika sahəsi hesab edirəm ki, çox böyük maraq doğurur və artıq həyat bunu təsdiqləyir”.

Bir sözlə, bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu layihələrlə Azərbaycanın elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, ölkəmizin inkişafının əsas şərtidir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 6 sentyabr.- S.1; 3.