Hulusi Kılıç: “Prezident
İlham Əliyevin Türkiyəyə dəstəyi
qardaşlıq münasibətlərimizin nə qədər
möhkəm olduğunu bir
daha göstərdi”
Türkiyə həmişə Azərbaycandan dəstək görüb və belə bir dəstəyə ehtiyacı olduğunu da heç zaman gizlətməyib. Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi fikirlər, Türkiyəyə növbəti dəstəyi ölkəmizdə böyük rəğbətlə qarşılandı. Bir daha əmin olduq ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri nə dərəcədə möhkəmdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.
Prezident İlham
Əliyevin 2014-cü ildə Praqada
dövlət və hökumət
başçılarının iştirakı ilə
"Şərq tərəfdaşlığı”
proqramının 5 illiyinə həsr olunan
sammitdə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyana sərt cavab verdiyini, Türkiyəni müdafiə etdiyini, konkret faktlarla təcavüzkar dövlətin
iddialarının əsassız olduğunu
xatırladan Hulusi Kılıç
Türkiyənin də hər zaman Azərbaycanın
yanında olduğunu vurğulayıb. O deyib: "Prezident İlham Əliyevin liderlik
xüsusiyyətlərindən danışarkən konkretlik və açıq, qətiyyətli mövqe nümayiş
etdirmək kimi çox
yüksək cəhətləri xüsusi
qeyd etməliyəm. Praqmatik
və açıq siyasətçi imici qazanmaq hər liderə nəsib olmur. Prezident İlham Əliyevin şəxsiyyətini
türk xalqına sevdirən mühüm cəhətlərdən biri də məhz onun hər
zaman Türkiyəyə olan
tükənməz sevgisini açıq nümayiş etdirməsidir. Əminliklə
deyə bilərəm ki, dövlət
başçısının bu mövqeyi, açıq dəstək
mesajları Azərbaycan-Türkiyə münasibətlərindəki
tarixi qardaşlıq bağlarının daha da möhkəmlənməsinə
təkanverici güc oldu”.
Azərbaycan.-
2020.- 6 sentyabr.- S.3.