Qalaaltı” mineral suyu

 

Ecazkar şəfa ocağı

 

Mineral suların müalicəvi keyfiyyəti onun tərkibindəki mikroelementlərin və üzvi maddələrin zənginliyindən asılıdır. Bu baxımdan yerlixarici alimlərin hələ keçmiş sovetlər dövründə "Qalaaltı” mineral suyunun hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi xüsusiyyətləri ilə bağlı tədqiqatları böyük əhəmiyyət kəsb edir. Bu, qida qəbulundan (əsasən naharşam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün istifadə edilən təbii, müalicəvi mineral süfrə suyudur.

"Naftusiyamineral suyunun müalicəvi xüsusiyyətləri haqqında çoxdan məlumatlar var idi. Onun xüsusi təsiri barədə ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Bir tək adı çox məna kəsb edirdi - o, neft mənbəli yüksək miqdarda üzvi maddələr tərkibli yeganə müalicəvi sudur. Naftusiya adını bir çoxları Truskavets kurortu ilə əlaqələndirirlər. Lakin uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Ancaq çoxlarına məlum deyil ki, Truskavets ilə yanaşı, mineral müalicəvi suyun başqa mənbələri də mövcuddur, məsələn, Azərbaycanda olan "Qalaaltı” kurortu. Tərkibində fenol, alifatik turşular, mikroelementlər vardır. Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, "Qalaaltı” suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya”nın eynidir. "Qalaaltı” mədən suyu tapılana qədər Truskavetsin "Naftusiyasuyu SSRİ-də yeganə hesab olunurdu.

Bu mədən suyu Şabran rayonunun 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, dağətəyi meşədə 1969-cu ildə tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Bunlar da böyük ehtiyata malikdir. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən "Qalaaltı” sanatoriyası 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır.

Yerlilər müalicə əhəmiyyətli bu suya "Naftsu”, yəni neftli su deyirlər. "Naftsu” kəskin qoxusu və dadı ilə seçilir. O, orqanizmdə əsasən maddələr mübadiləsini normallaşdırır, qan və sidiyə qələviləşdirici təsir göstərir, mədə turşuluğunu azaldır, hüceyrə membranlarının keçiriciliyini zəiflədir, qanaxmanın tədricən qarşısını alır, əksiltihabi təsir göstərir, diurezi artırır, orqanizmdə olan artıq mayeni çıxardır. İmmunoloji təsirinə görə orqanizmin müdafiə gücünü bərpa edir, orqantoxumalarda iltihabi proseslərin ləğvinə, metabolik məhsulların və toksiki maddələrin kənarlaşdırılmasına köməklik edir, bununla da orqanizmin erkən qocalmasının qarşısını alır.

"Qalaaltı” suyunu uzun müddət saxlamaq olmaz. Bu sudan yerində istifadə olunmalıdır, yəni qablaşdırmaq məsləhət görülmür. Çünki bir sutkadan sonra bu suyun tərkibində ammonyak birləşmələri əmələ gəlir.

 

Azərbaycan.- 2020.- 6 sentyabr.- S.5.