Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli
əməkdaşlıq əlaqələrinin müxtəlif
aspektləri müzakirə olunub
Sentyabrın 7-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığı olub.
Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı, o cümlədən pandemiyaya baxmayaraq ölkələr arasında ticarət dövriyyəsinin artdığı vurğulanıb.
Tərəflər, həmçinin Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Özbəkistan Respublikasının Müstəqil Dövlətlər Birliyində (MDB) hazırkı sədrlik dövründən irəli gələn məsələlər müzakirə olunub.
Telefon
danışığı zamanı tərəflər digər
qarşılıqlı maraq doğuran məsələlər ətrafında
müzakirələr aparıblar.
Azərbaycan.- 2020.- 8 sentyabr.- S.4.