Dünya sularında Azərbaycanın yeni gəmiləri
üzəcək
Hazırda dünyada daşınan yüklərin təqribən 90 faizi dəniz yollarının payına düşür. Su yolları ilə ən müxtəlif təyinatlı yüklər daşınır. Dənizlərdə və okeanlarda dalğaları yara-yara üzən gəmilər demək olar ki, hər gün qlobal iqtisadiyyata öz töhfəsini verir. Gəmilər həm də çoxsaylı sərnişinləri mənzilbaşına çatdırırlar. Azərbaycan gəmiləri də ölkənin sosial-iqtisadi inkişafına xidmət edir.
Cari ilin yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə, ümumilikdə, 543,7 min ton yük daşınıb ki, bunların da dəyəri 315,6 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yeddi ayda dəniz nəqliyyatı ilə ixrac edilən 185,2 min ton yükün dəyəri 57,4 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 358,4 min tondan çox, dəyəri isə 258,1 milyon dollar təşkil edib.
İyul
ayında dəniz nəqliyyatı ilə, ümumilikdə, 72 min 877 ton yük
daşınıb. Bu yüklərin dəyəri
62,4 milyon dollar olub. Həmin ay ərzində
dəniz nəqliyyatı ilə ixrac edilən
18,7 min ton yükün dəyəri 6 milyon
dollar təşkil edib.
İdxal edilən
yüklərin həcmi
54 min 135 ton, dəyəri 56,3 milyon dollar olub.
Dəniz yollarında çətin
və məsuliyyətli
vəzifə yerinə
yetirdikləri üçün
gəmilərin həmişə
saz vəziyyətdə
olması çox vacibdir. Bunu təmin etmək
isə gəmi tikintisi və təmiri ilə məşğul olan müəssisələrin üzərinə
düşür. Ölkəmizdə bu sahədə son illər infrastruktur daha da müasirləşdirilmiş
və təkmilləşdirilmişdir.
Ehtiyac yarananda gəmilərimiz öz təyinatına uyğun müəssisədə
təmirə dayanır
və saz vəziyyətə salınır.
Bir qədər əvvəl "Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə
(ASCO) məxsus "Naxçıvan”
gəmi-bərəsi "Zığ”
Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir edilib. Təmir işləri planlaşdırılmış
şəkildə və
yüksək keyfiyyətlə
həyata keçirilib.
Gəmi-bərənin baş və köməkçi mühərrikləri,
nasos və separatorları əsaslı
təmir olunub, boruları quraşdırılıb. Gəmidə gövdə qaynaq, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir
olunub, yeni kompressorlar yerləşdirilib.
Eləcə də gəminin
yaşayış və
xidməti otaqları müasir tələblər
səviyyəsinə çatdırılıb,
orada yeni mebellər quraşdırılıb.
Sualtı və suüstü
hissələr, vaqon və üst göyərtələri təmizlənərək
rənglənib.
Dəniz-sınaq yoxlamasından uğurla çıxan "Naxçıvan”
gəmi-bərəsi yenidən
istismara qaytarılıb. Bu gəminin uzunluğu 154 metr, eni 18 metrdən
çoxdur.
"Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda eləcə də ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına
məxsus "Hüseyn
Cavid” universal quru yük gəmisi təmir olunub. Bu, Xəzərdənkənar sularda istismar olunan gəmidir.
"Hüseyn
Cavid” 2016-cı ildən
Azərbaycan bayrağı
altında xarici sularda üzür. Gəminin uzunluğu
108 metrdən çox,
eni 17 metrə yaxın, yükgötürmə
qabiliyyəti 5200 tondur.
Zavodda gəminin baş və köməkçi mühərrikləri, anbar
qapaqları yüksək
keyfiyyətlə təmir
olunub. Gəmidə boru və elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.
Eləcə də heyətin
yaşayış şəraitini
yaxşılaşdırmaq üçün yeməkxana
və kayutlarda lazımi təmir işləri aparılıb.
Bir sıra digər hissələr də təmir olunub. İşlər tamamlandıqdan sonra gəmi yoxlanışdan keçirilib və dənizçilərin ixtiyarına
verilib.
ASCO-nun Xəzər
Dəniz Neft Donanmasına məxsus
"Şirvan” 100 tonluq
kran gəmisinin də əsaslı təmiri yekunlaşıb. Bu iş
"Bibiheybət” Gəmi
Təmiri Zavodunda yerinə yetirilib. Təmirin gedişində gəminin mexanizmləri, baş mühərrikləri, nasosları,
boru sistemləri, sanitar qovşaqları, bir sıra digər
qurğuları sazlanıb.
"Şirvan”
tərsanəyə qaldırılaraq
gövdəsinin sualtı
və suüstü hissəsində zədələnmiş
sahələr dəyişdirilib.
İşlər başa çatdıqdan sonra gəminin yükqaldırma qabiliyyətinə
malik kran qurğusunun sınaq işləri aparılıb. Mexanizm və
elektrik avadanlıqlarının
hərəkətdə yoxlanılması
məqsədilə gəmi
dəniz sınaqlarına
çıxarılıb və
onlar müvəffəqiyyətlə
başa çatıb.
"Bakı Gəmiqayırma Zavodu”
MMC-də isə
ASCO-nun sifarişi ilə
inşa edilən
"Kəlbəcər” neftdaşıyan
tankeri tikintisinin növbəti mərhələsinin
aparılması üçün
suya salınıb. Gəminin gövdə hissəsinin inşası tam başa çatıb. Qalan işlər
zavodun yanalma körpüsündə davam
etdiriləcək. "Kəlbəcər” tankeri müəssisənin tikinti-quraşdırma
sahəsindən üzən
dok vasitəsilə bu məqsədlə suya salınıb.
Yeni gəminin konsepsiyasını
Odessa Dəniz Mühəndisliyi
Bürosunun və
ASCO-nun təcrübəli mütəxəssisləri
birgə hazırlayıblar. "Volqa-Don MAX” layihəsi olan gəmi maksimum yükgötürmə
qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.
Yeni nəsil "Kəlbəcər” tankerinin
uzunluğu 141, eni 16,9, bortunun hündürlüyü
6 metrdir. 15 nəfərlik
heyətlə idarə
edilən gəmi saatda 10 knot sürətlə
hərəkət edə
biləcək. Tanker xam neft və
neft məhsullarının
daşınması üçün
nəzərdə tutulmuş,
ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir.
Zavodun yanalma körpüsündə
istismar sınaqları
başa çatdıqdan
sonra "Kəlbəcər”
tankerinin dəniz-istismar
sınaqları keçiriləcək. Tankerin xarici
sularda istismarı nəzərdə tutulur.
Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə
görə geniş imkanlara malik olan bu gəmi
Bakı Gəmiqayırma
Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Ötən ilin sonunda istismara verilmiş "Laçın” adlı ilk
tanker artıq xarici sularda istismar olunur.
ASCO-nun sifarişinə
uyğun olaraq zavodda daha iki
eyni tipli gəminin tikinti işləri qrafikə uyğun davam edir.
Bununla yanaşı, hazırda
ASCO-nun donanmaları üçün
zəruri olan müxtəlif təyinatlı
gəmilərin inşası
ilə bağlı Bakı Gəmiqayırma Zavodu ilə danışıqlar aparılır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Xəzərdə
və dünya sularında yeni-yeni gəmilərimiz üzərək
Azərbaycanın iqtisadi
gücünün daha
da artmasına xidmət edəcək.
Flora SADIQLI
Azərbaycan. - 2020.- 8 sentyabr.- S.1; 6.