Tacikistan Respublikasının
Prezidenti Zati-aliləri
cənab Emoməli Rəhmona
Hörmətli Emoməli
Şərifoviç,
Ölkənizin milli bayramı – Müstəqillik
günü münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Biz dost Tacikistanın
dövlət müstəqilliyinin
möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişaf sahəsində əldə
etdiyi uğurlarına
və beynəlxalq arenada nüfuzunun artmasına sevinirik.
Ölkələrimizi ənənəvi dostluq və əməkdaşlıq
münasibətləri birləşdirir. İnanıram ki, qarşılıqlı
etimad və dəstəyə əsaslanan
ikitərəfli əlaqələrimiz
xalqlarımızın iradəsinə
uyğun olaraq bundan sonra da
inkişaf edəcək
və möhkəmlənəcəkdir.
Dünyanın üzləşdiyi
COVID-19 pandemiyası ilə
mübarizədə Azərbaycan
xalqının dost Tacikistan
xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.
Hörmətli Emoməli Şərifoviç,
belə bir xoş gündə Sizə ən xoş arzularımı yetirir, Tacikistan Respublikasına əmin-amanlıq
və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 sentyabr 2020-ci il.
Azərbaycan.- 2020.- 9 sentyabr. - S.1.