Azərbaycanın Xarici
İşlər naziri
Türk Şurasının
Baş katibi ilə görüşüb
Sentyabrın 8-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
(Türk Şurası)
Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Bu barədə
AZƏRTAC-a Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
məlumat verilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
fəaliyyətindən, təşkilat
çərçivəsində iştirakçı ölkələrin
sayının artımından,
təşkilatın sonuncu
zirvə görüşünün
Bakıda uğurla həyata keçirilməsi
və əldə olunmuş nəticələrdən,
eləcə də Azərbaycanın Türk Şurası ilə əməkdaşlığından məmnunluqla danışıb.
Türk Şurasının beynəlxalq
və regional təşkilatlarla
əməkdaşlığı və beynəlxalq platformalarda təşkilatın
statusu məsələsi
qeyd olunub.
Nazir Türk Şurasının Azərbaycanın
təhlükəsizliyinə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti
ilə bağlı beynəlxalq hüququn norma və
prinsipləri, başda
BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələri
olmaqla, digər beynəlxalq təşkilatların
qərarlarına əsaslanan
prinsipial mövqeyini vurğulayaraq, bu xüsusda Baş katibə təşəkkürünü
bildirib.
Bağdad Amreyev Azərbaycanın Türk Şurasında iştirakını və
rolunu yüksək qiymətləndirib. Sonuncu Bakı Zirvə
görüşünün təşkilatın fəaliyyətində
keyfiyyətcə yeni bir mərhələ olduğunu qeyd edən Baş katib hazırda təşkilat çərçivəsində
geniş spektrli məsələlər üzrə
daha sıx əməkdaşlıq və
inteqrasiyanın həyata
keçirilməsi istiqamətində
addımların atıldığını
bildirib. Azərbaycanı
Türk Şurasına
uğurlu sədrliyi münasibətilə təbrik
edən, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə
həyata keçirilən
və pandemiya ilə mübarizəyə
həsr olunan videogörüş formatlı
Zirvə Görüşü,
eləcə də digər istiqamətlər
üzrə həyata keçirilən videogörüşlərdən
məmnunluqla bəhs edən Bağdad Amreyev Azərbaycanın növbəti sədrliyədək
təşkilata rəhbərliyi
müvəffəqiyyətlə davam etdirəcəyindən
əminlik ifadə edib. Türk Şurasının Azərbaycanın ədalətli
və beynəlxalq hüquqa əsaslanan mövqeyini hər zaman dəstəklədiyi
qeyd olunub.
Görüş zamanı tərəflər,
habelə Türk Şurası çərçivəsində
geniş sahələr
üzrə həyata keçirilən əməkdaşlıq
gündəliyi üzrə,
növbəti zirvə
görüşünün təşkilinə dair, eləcə də təşkilatın gələcək
inkişafı yolları
ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.- 2020.- 9 sentyabr.- S.2.