Gələcək uğurlara hədəflənən
düzgün strategiya
Ölkəmizdə pandemiya şəraitində
təhsil müəssisələrinin fəaliyyəti ilə
bağlı suallar artıq öz cavabını tapıb
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən COVID-19 infeksiyası Yer üzündə yoluxma hallarının sayını sürətlə artırmaqda davam edir. Koronavirus sərt karantin rejimi sayəsində ölkələrdə əldə olunan müsbət nəticələri yumşalma tədbirlərindən sonra ani bir həmləsi ilə darmadağın edir, ikinci, üçüncü dalğaları meydana çıxararaq yenidən insanlığın təhdidinə çevrilir.
Azərbaycan COVID-19-a qarşı hərtərəfli mübarizəni davam etdirir. Pandemiyanın respublikamıza təsirini minimuma endirmək üçün bütün mümkün variantlardan istifadə edilir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən zəruri və qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığına və etibarlı müdafiəsinə hesablanıb. Gecə-gündüz sistemli şəkildə həyata keçirilən tədbirlər planı sayəsində hədəflənən müsbət nəticələrə nail olunub.
Təkcə onu vurğulamaq yerinə düşər ki, qısa zamanda səhiyyə sistemimizin pandemiya ilə mübarizəyə istiqamətləndirilməsinin uğur əldə edilməsində müstəsna əhəmiyyəti oldu. 600 yerlik "Yeni klinika”nın açılması, 11 modul tipli xəstəxananın inşa edilməsi və bu xəstəxanalarda kifayət qədər çarpayı sayının olması qısa müddətdə ərsəyə gələn müsbət nəticələrdir ki, elə bunun sayəsində virusa yoluxan 34 mindən çox vətəndaşımız müalicə olunaraq sağalıb.
COVID-lə mübarizədə
uğurlu Azərbaycan
modeli
Azərbaycanın pandemiya
ilə mübarizədə
özünəməxsus model ortaya qoyması koronavirusa yoluxma hallarının sayının
azalmasında da əhəmiyyətli rol oynayıb.
Artıq neçə müddətdir
ki, yoluxma hallarının sayı
100 civarında, bəzən
isə ikirəqəmli
həddə olur. Əldə olunan
müsbət dinamika yumşalmalara sürətli
keçidi də təmin edib. Avqustun 5-dən start götürən yumşalmaların
növbəti mərhələsinin
isə ötən gündən etibarən tətbiqinə başlanılıb.
Belə ki, sentyabrın 8-dən ölkədə karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər
aradan qaldırılıb. Restoranların daxildə xidmət göstərmələrinə icazə
verilib. Həmçinin
ictimai iaşə müəssisələri gecə
saat 00:00-a qədər
fəaliyyət göstərə
biləcək. Bakı, Sumqayıt
şəhərləri və
Abşeron rayonuna gediş-gəlişlə əlaqədar
tətbiq olunmuş məhdudiyyət də götürülüb. Lakin
avtobus və qatar ilə
şəhərlərarası sərnişin daşımaya
tətbiq edilən qadağa hələ də qüvvədədir.
Yəni vətəndaşlar yalnız
şəxsi avtomobilləri
ilə bölgələrə
gedib-gələ biləcəklər.
2020-2021-ci dərs ilinə aid əsas və uyğunlaşdırılmış tədris planları təsdiq edilib
Pandemiya dövründə bütün
dünyada ən çox narahatlığa və müzakirələrə
səbəb olan məsələlərdən biri
təhlükəli şəraitdə
təhsil müəssisələrinin
necə fəaliyyət
göstərməsi ilə
bağlı idi. Sevindirici haldır
ki, ölkəmizdə
sözügedən məsələ
ilə bağlı yaranan suallar öz cavabını tapıb və Bilik günündə təhsil müəssisələrimizin
pandemiya qaydalarına uyğunlaşdırılmış formada fəaliyyətə
başlayacağı gözlənilir.
Artıq ümumtəhsil
məktəbləri üçün
2020-2021-ci dərs ilinə
aid əsas və uyğunlaşdırılmış tədris planları, "Tədris planlarına dair qeydlər” Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib.
Təhsil Nazirliyindən
verilən məlumata görə, əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri
və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin
fəaliyyəti əyani
formada həftədə
2 dəfə, digər
şəhər və
rayonların ümumi təhsil müəssisələrinin
fəaliyyəti isə
əyani formada həftədə 3 dəfə
tətbiq edilməklə
tədris planlarına
müvafiq təşkil
olunacaq. Ümumi təhsil müəssisələrində
dərs məşğələləri
I-IV siniflərdə sentyabrın
15-dən əyani və
distant (məsafədən), V-IX siniflərdə sentyabrın
15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə
sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani
və distant (məsafədən)
formalarda başlayacaq.
Dərslər epidemioloji vəziyyətdən
və məktəbdə
şagird sıxlığından
asılı olaraq müəyyən edilmiş
qaydada təşkil ediləcək. Həmçinin dərs cədvəllərinin
tərtibatı təhsil
müəssisələri tərəfindən
həyata keçiriləcək.
Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər.
Eləcə də ibtidai
sinif şagirdlərinin
valideynləri sentyabrın
11-dən övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən
əldə edə biləcəklər. Ümumi orta
və tam orta təhsil səviyyələrində
oxuyan şagirdlərin
də virtual dərs cədvəlləri həmin
tarixdən müəyyənləşəcək.
Virtual dərslərə ciddi nəzarət olunacaq
Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib ki, virtual dərslərə
ciddi nəzarət olunacaq. Məktəblərdə şagird sıxlığı
müxtəlif üsullarla
tənzimlənəcək. Belə ki, sinif
komplektlərinin müxtəlif
vaxtlarda məktəbə
gəlməsi təklif
olunur: "Siniflərin
yarısı həftənin
3 günü, digər
yarısı isə 3
günü gələ
bilərlər. Məktəblərə növbəli dərs rejiminə keçmək təklif olunur. Şagirdlər hətta 3 növbədə
də gələ bilərlər”.
Şöbə müdiri
məlumat verib ki, sinif daxilində
1,5 metr ara
məsafəsi saxlanılmalıdır:
"Əgər bu sıxlıq həmin məsafəni qorumağa imkan verməsə, sinif qruplara bölünəcək, onların
hər biri üçün ayrıca
dərs cədvəli
hazırlanacaq. Bu zaman əsas sual budur ki,
müəllimin dərs
yükü çoxalacaqmı?
Əyani
dərslər üçün
dərs miqdarı iki yarımqrup arasında yarı bölünəcək”.
Təhsil Nazirliyinin
şöbə müdiri
onu da qeyd
edib ki, virus riskindən qorxaraq övladlarını məktəbə
göndərməyə ehtiyat
edən valideynlərin
mənafeləri nəzərə
alınıb: "Belə
valideynlər məktəb
rəhbərliyinə yaxınlaşaraq
xüsusi iltizam formasına qol çəkməlidirlər. Bu, məlumatlandırma və
öhdəliklər haqqında
xüsusi formadır.
Valideyn bu formanı imzalamaqla öz öhdəliklərini təsdiqləmiş
olur. Öhdəliklərdə şagirdlərin virtual dərslərdə iştirakına,
teledərslərə baxmasına,
müəllim tərəfindən
verilən tapşırıqları
vaxtlı-vaxtında yerinə
yetirməsinə, məktəbdə
müntəzəm keçiriləcək
kiçik və böyük summativ qiymətləndirmələrdə (KSQ və BSQ) iştirakına
təminat verilir.
Valideyn bu öhdəliklərə
imza atmaqla övladının əyani
dərslərdə iştirakından
imtina edə bilər. Öhdəliklərə əməl edilməsə,
bu cür şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək
və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər”.
Mərkəzi Neftçilər
Xəstəxanasının həkim-infeksionisti Fərrux
Sədirov isə müsahibəsində söyləyib
ki, qabaqcadan görülən tədbirlər
- sosial məsafənin
saxlanılması, dərs
saatlarında sıxlığın
və sinif otaqlarında şagirdlərin
sayının azaldılması,
tənəffüs vaxtının
15-20 dəqiqə deyil,
5-10 dəqiqə olması,
respirator və şəxsi
gigiyena qaydalarına əməl olunması, məktəb daxilində buna nəzarət sistemi kimi amillər
yoluxma tendensiyasının
qarşısını ala bilər:
"Valideynlərə payız-qış
mövsümündə, respirator xəstəliklərin artdığı
vaxtda evdən çıxmadan və evə daxil olarkən heç nəyə toxunmadan övladlarının əllərini
yumasını təmin
etmək tövsiyə
olunur. Maarifləndirmə tədbirlərinin aparılmasının çox
böyük əhəmiyyəti
var. Uşaqlara məktəblərdə
hər zaman nəzarət etmək mümkün olmadığı
üçün onlara
yoluxma yolları və ondan qorunmaq
üçün qaydalara
əməl olunması
aşılanmalıdır. Bunlara əməl etdikdə onlar özlərini qoruya bilərlər”.
ÜST və UNICEF-in koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələri var
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən,
sentyabrın 15-dən Bakı
şəhəri üzrə
fəaliyyət göstərən
dövlət və özəl uşaq bağçalarının da
açılmasına icazə
verilib. Müvafiq hazırlıq və
tibbi-profilaktik tədbirlərdən
sonra epidemioloji vəziyyətə uyğun
olaraq 1 oktyabr tarixədək bağçaların
tam açılması nəzərdə
tutulur.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib
ki, uşaq bağçalarının fəaliyyəti
ancaq mövcud vəziyyət nəzərə
alınmaqla, müvafiq
sanitar-gigiyenik normalara
əməl edilməklə
mümkündür.
Məlumata görə, bu müəssisələrin mətbəx
və sanitariya qovşaqlarında mütəmadi
olaraq dezinfeksiya işləri aparılacaq. Hər bir
bağçanın girişində
xüsusi dezinfeksiyaedici
məhlullar qoyulacaq.
Hər gün bağçaya gələn işçi heyətin və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər
tez-tez valideynlərlə
əlaqə saxlayacaq.
Paytaxtın bütün
uşaq bağçaları
fəaliyyətə başladıqdan
sonra xüsusi karantin rejiminin tələblərinə uyğun
müəyyən edilən
qaydalar çərçivəsində
işləyəcək bu
müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi
əməl olunmasına
nəzarət Bakı
Şəhər İcra
Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil
Müəssisələri və
Uşaq Evləri İdarəsinin əməkdaşları
tərəfindən həyata
keçiriləcək.
Onu da bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələrini
açıqlayıb. Tövsiyələrə görə, pandemiya ilə əlaqədar 5 yaşdan kiçik uşaqlara maska taxılması tələb
olunmamalıdır. Qeyd olunub
ki, bu, uşağın
təhlükəsizliyinə, ümumi maraqlara, eləcə də maskanı lazımi qaydada istifadə etmək qabiliyyətinə
əsaslanır. ÜST
və UNICEF 6-11 yaşlarında
olan uşaqlar üçün bir neçə amili nəzərə almağı
tövsiyə edir.
Burada söhbət maskadan etibarlı və düzgün istifadə etməkdən gedir. Adıçəkilən təşkilatlar maskadan 12 yaşdan yuxarı uşaqların istifadəsini tövsiyə
edir.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2020.- 9 sentyabr.- S.1; 6.